Bakı Metropoliteninin əməkdaşı özünü asıb
12 may 2009 20:00 (UTC +04:00)

Bakı Metropoliteninin əməkdaşı özünü asıb

Bu gün Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

Suraxanı Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Yeni Günəşli qəsəbə sakini, 52 yaşlı Şakir Abuzər oğlu Qasımov özünün yaşadığı evin tavanından asıb.

Prokurorluqdan hadisənin səbəbinin dəqiq bilinmədiyini, araşdırma aparıldığını deyiblər.

İşi araşdıran müstəntiq isə həmin şəxsin Bakı Metropolitenin əməkdaşı olduğunu deyib.

Şəhriyar Əlizadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 617

Oxşar yazılar