İspaniyanın tanınmış modeli, qlamur fotosessiya və filmlərdə çəkilən Olalya Olivers mavi, tül paltarını Müqəddəs Mixail ordenini qəbul edərək, rahibə olub.
Lent.az-ın “fedpost.ru”-ya istinadən məlumatına görə, o, bu addımı həyatında baş verən, özü demiş, “zəlzələdən” sonra atıb.
Portuqaliyadakı Fatima məbədini ziyarəti zamanı modelin düşüncəsində dəyişiklik baş verib. Xristian zəvvarlar üçün bu yer çox müqəddəs sayılır. Onların inancına əsasən, orada Bakirə Məryəmin hadisəsi olub.
Oliveros monastıra getməsinin səbəbini açıqlamayıb. Bununla belə “Milli katoltsizm” saytının sualına cavabında deyib: “Allah heç vaxt səhv etmir. O, məndən ardınca gedəcəyimi soruşdu. Mən ondan imtina etmədim”.
Mənbə bildirib ki, indiki rahibə model kimi onların paltarını geyinib, buna əvvəllər fikir verməyib sonradan özünü bu geyimdə təsəvvür edib. Bununla da o, özünü Allah həsr etmək qərarına gəlib.
Məlumata görə, məhz bu, 36 yaşlı modelin işini ataraq, monastıra getməsinə səbəb olub. İndi onun adı Olalya del Si –de - Mariyadır. O, 4 il öncə ordenə qoşulsa da, qərara bu günlərdə gəlib.