Müalicə olunduğu xəstəxanadan “Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin “xəstəlik tarixçəsi” (tibbi kart) oğurlanıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda onun mətbuat katibi Sabina Kem açıqlama verib.
Mənbə bildirib ki, Şumaxerə məxsus göstəricilər tibbi sirdir. Bu sənədin “qara bazara” çıxarıldığı haqda xəbər yayılıb. S.Kem 45 yaşlı avtopilotun şəxsi göstəricilərinin yayılmaması haqda əllərindən gələni edəcəklərini söyləyib.
Polis hələlik onları müəyyənləşdirə bilməyib. Almaniyanın “Bild” nəşriyyatı sənədi 50 min avroya almaq istədiyini bəyan edib.
Xatırladaq ki, M.Şumaxer 6 ay komada olub. İyunun 16-da o, bu vəziyyətdən çıxaraq, bərpa prosesini keçmək üçün Lozannadakı klinikaya köçürülüb.