Cənubi Afrika Respublikasında platin mədənlərində çalışanların 5 ay davam edən tətili başa çatıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda həmkarlar təşkilatlarının liderləri bildirib.
Xatırladaq ki, mədənçilər aylıq əmək haqqının baza hissəsinin artırılmasını tələb edirdi.
Mədənçilər və inşaatçıların həmkarlar təşkilatlarının lideri Cozef Metancava Rüstenburq şəhərində minlərlə işçinin tələblərini oxuyub. Onun sözlərinə görə, yeni razılaşma iyunun 24-də imzalanacaq.
Bir müddət öncə ölkənin üç başlıca platin hasil edən şirkəti aylıq əmək haqlarının baza hissəsinin artırılması ilə bağlı razılaşma əldə etdiklərini, onun qüvvəyə minməsi üçün tətilin dayanmasının vacibliyini bildirmişdi.
Mənbə xatırladıb ki, dünya platin ehtiyatının 80 faizi CAR-dadır.
Tətil isə respublikanın iqtisadiyyatına 2 milyard dollardan çox ziyan vurub.