Avropa Birliyinə üzv dövlətlərin xarici işlər nazirləri Krımdan birlik ölkələrinə malların ixracının yasaqlanması haqda razılığa gəliblər.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu sanksiya Rusiyanın Ukraynaya yönəli siyasətinə cavab olaraq, tətbiq edilib.
“AB rəsmi Kiyev tərəfindən qəbul olunmayan Krımdan ixrac edilən istənilən məhsulun ixracına qadağan qoyub”- deyə, İsveçin xarici işlər naziri Karl Bildt “Tvitter” səhifəsində yazıb.
Məlumata əsasən, Britaniyanın xarici işlər naziri Uliyam Heyq iyunun 23-də xəbərdarlıq edərək, Rusiyaya qarşı Avropa Birliyinin yeni, daha sərt sanksiya tətbiq edəcəyini bildirib.
Xatırladaq ki, AB-nin Krıma tətbiq etdiyi yasaq bu il iyunun 25-dən qüvvəyə minəcək.