ABŞ-ın məşhur «CNN» telekanalının yaradıcısı Ted Terner Argentinada xəstəxanaya yerləşdirilib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda onun təmsilçisi Fillip Evans açıqlama verib.
Mənbə bildirib ki, T.Terneri xəstəxanaya apendistdən cərrahiyyə əməliyyatı olunacaq.
75 yaşlı Terner Argentinanın Pataqoniya şəhərində olub. O, San-Karlos-de Bariloçe şəhərindəki xəstəxanada müayinədən keçib. Oradan isə ölkə paytaxtı Buenos-Ayres təyyarə ilə aparılıb.
Ted Terner amerikalı iş adamı və mediamaqnatıdır. O, 1977-ci ildə «CNN» telekanalını yaradıb. Bu kanal 1980-ci ildə gecə-gündüz informasiya yayımlamağa başlayıb. 1995-ci ildə Ternerin telekommunikasiya imperiyasına gecə-gündüz yayımlanan 5 telekanal və iki kino şirkəti daxil olub.
Mənbə bildirib ki, Terner həm də xeyriyyəçi kimi tanınır. O, ətraf mühitin qorunması uğrunda mübarizə aparan təşkilatların işində fəal iştirak edir.