Ravvinlər və keşişlər müsəlmanları müdafiə edir
12 oktyabr 2012 00:09 (UTC +04:00)

Ravvinlər və keşişlər müsəlmanları müdafiə edir

Lent.az-ın «Azadlıq» radiosuna istinadən məlumatına görə, yəhudi ravvinləri İcmasının şüarlarında bunlar yazılıb: «Kinlə nifrət arasında qalanda, sevgini seçin! Müsəlman qonşularınıza qarşı dözümsüzlüyü dayandırın!»

Xristian qrupunun elanında isə bunlar yazılıb: «Müsəlman qonşularınızı sevin!».

Bundan əvvəl isə sentyabrın sonlarında metronun 20 stansiyasında cihad əleyhinə şüarlar vurulmuşdu. Onun məzmununu bir çoxları islamofobiya kimi başa düşmüşdü. Həmin elanda deyilirdi: «Ağıllı adamla vəhşi arasında istənilən müharibədə həmişə ağıllını dəstəkləyin! İsraili dəstəkləyin! Cihadı məğlub edin!»

Bundan sonra xristian və yəhudi qrupları bu şüarlar əleyhinə öz şüarlarını yapışdırıblar.

Cihad əleyhinə reklam kampaniyasına Amerika Azadlığını Müdafiə Təşəbbüsü (AFDI) adlı təşkilat başlayıb. Bu təşkilat müsəlmanlara nifrət bəsləyən qurum kimi tanınır. Təşkilatın icraçı direktoru Pamela Geller deyib ki, azadlıqlar təhlükə altındadır:«Bu, azadlığımız uğrunda olan müharibədir. Mən hansısa vəhşinin hüquqlarını pozacağam deyə, öz azadlığımı qurban verə bilmərəm».

Müsəlmanlar əleyhinə olan elanlara qarşı elanlar yapışdıran yəhudi icmasının direktoru Kahn-Troster isə deyib ki, təşkilatları Şimali Amerikadakı ravvinlərin yarasını, 1800 ravvini birləşdirir.

Kahn-Troster deyib ki, müsəlmanlar əleyhinə olan reklam kampaniyasından sonra onların icmasına çoxlu ravvin müraciət edib:«Bizə çoxlu ravvin müraciət edirdi. Deyirdilər ki, biz buna necə cavab verə bilərik? Müsəlman qardaşlarımıza, qonşularımıza qarşı nifrəti təbliğ edən reklam kampaniyasına qarşı münasibətimizi necə bildirə bilərik?».

Nyu-York metrosunun rəhbərliyi isə bildirib ki, müsəlmanlar əleyhinə olan reklamı yerləşdirmək istəmirlərmiş. Onun məzmununun təhqiramiz olduğunu bildiribmişlər. Ancaq sonradan AFDI federal məhkəməyə müraciət edib. Məhkəmənin qərarından sonra reklamlar yapışdırılıb.
# 921

Oxşar yazılar

Roma Papası gənclərə mobil telefonla bağlı çağırış etdi

Roma Papası gənclərə mobil telefonla bağlı çağırış etdi

28 aprel 2024 , 19:09
“Mercedes” qalmaqaldan qurtuldu

“Mercedes” qalmaqaldan qurtuldu

28 aprel 2024 , 17:10
Stallone memuar yazır

Stallone memuar yazır

28 aprel 2024 , 16:10
Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

Türkiyədə İŞİD-ə qarşı əməliyyat-Saxlanılanlar var

28 aprel 2024 , 14:16
Yenə Quran yandırıldı

Yenə Quran yandırıldı

28 aprel 2024 , 13:24
TikTok Baydeni uduzdura bilər

TikTok Baydeni uduzdura bilər

28 aprel 2024 , 10:03
Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

28 aprel 2024 , 09:26
Rusiyada zəlzələ  baş verdi

Rusiyada zəlzələ baş verdi

28 aprel 2024 , 08:22