XƏRÇƏNG BÜRCÜ 21 İyun - 22 İyul

Doğum cədvəlinin hesablanması

Astroloji cədvəliniz sizə nə deyə bilər?

Bu gün Xərçənglər üçün ev, ailə və yaxın münasibətlər daha böyük əhəmiyyət daşıyacaq. Son vaxtlar başqalarının problemləri ilə çox məşğul olmusunuzsa, bu dəfə öz ehtiyaclarınızı da düşünməli olacaqsınız. Ailə üzvlərindən biri sizin fikrinizə və dəstəyinizə ehtiyac duya bilər. İş həyatında çox danışmaq əvəzinə müşahidə etmək sizə daha çox məlumat verəcək. Pərdə arxasında gedən bəzi proseslərdən xəbər tuta bilərsiniz. Maliyyə məsələlərində qənaət etmək istəyi güclənəcək və lazımsız xərclərdən imtina etmək qərarına gələcəksiniz. Sevgidə isə həssaslığınız artacaq. Sevdiyiniz insanın sizə ayırdığı vaxt bu gün bahalı hədiyyədən daha dəyərli görünəcək. Subay Xərçənglərin keçmiş münasibəti xatırlaması mümkündür, amma bu dəfə həmin xatirələr sizi əvvəlki qədər incitməyəcək. Axşam sakit və rahat atmosferdə keçəcək.

 

Xərçənglər üçün bu həftə daha çox duyğular və ailə ilə bağlı mövzular ön plana çıxacaq. Son zamanlar içinizdə saxladığınız hisslər bu həftə özünü daha çox göstərə bilər. Həftənin əvvəlində keçmişlə bağlı bir xatirə və ya xəbər sizi düşüncələrə sala bilər. İş həyatında sakit və diqqətli qalmaq vacib olacaq. Hər şey dərhal nəticə verməsə də, səbrlə davam etsəniz, həftənin ikinci yarısında müsbət inkişaf görəcəksiniz. Maliyyə məsələlərində ailə və evlə bağlı xərclər arta bilər. Buna görə büdcənizi öncədən planlaşdırmaq yaxşı olar. Sevgi həyatında qarşı tərəfdən daha çox diqqət gözləyə bilərsiniz. Münasibəti olan Xərçənglər səmimi söhbətlə aralarındakı bağı gücləndirəcəklər. Subay Xərçənglər üçün keçmişdən gələn xəbər ehtimalı var, amma qərar verməzdən əvvəl əvvəlki təcrübələri xatırlamaq faydalı olacaq. Həftə sonu özünüzlə tək qalmaq və emosional olaraq dincəlmək ehtiyacı hiss edə bilərsiniz. Bu həftə sizə hər kəsin problemini öz üzərinizə götürməməli olduğunuzu xatırladacaq.

Avqust ayı Xərçəng bürcü üçün daxili rahatlığın, emosional tarazlığın və yeni ümidlərin ayı olacaq. Son aylarda sizi yoran hadisələr artıq geridə qalmağa başlayacaq. Həyata daha nikbin baxacaq, gələcəklə bağlı planlarınızı daha inamla quracaqsınız. Bu ay özünüzü əvvəlkindən daha güclü hiss edəcək və çətin qərarlar verməkdən çəkinməyəcəksiniz. Daxili səsiniz sizə doğru yolu göstərəcək. Ona görə də hisslərinizə güvənməkdən qorxmayın.

İş həyatında səbiriniz və məsuliyyətiniz diqqətdən kənarda qalmayacaq. Uzun müddətdir gözlədiyiniz nəticələr tədricən özünü göstərməyə başlayacaq. Rəhbərlik sizin zəhmətinizi qiymətləndirəcək və yeni məsuliyyətlər verə bilər. Bu dəyişiklik əvvəlcə sizi narahat etsə də, sonradan böyük uğurların başlanğıcı olacaq. İş axtaran Xərçənglər üçün də avqust uğurlu görünür. Gözlənilməz bir telefon zəngi və ya görüş həyatınızı dəyişə bilər.

2026-cı il Xərçəng üçün emosional dərinlik ilidir. Duyğuların daha güclü olacaq. Keçmiş xatirələr tez-tez yada düşəcək. Ailə mövzuları ön plana çıxacaq. Ev və yaşayışla bağlı dəyişikliklər mümkündür. İş həyatında səbr tələb olunacaq. Ani qərarlar verməmək vacibdir. Maddi baxımdan tədrici artım olacaq. Təhlükəsizlik hissi önəm qazanacaq. Sevgi həyatında həssaslıq artacaq. Münasibətlərdə anlayış vacib olacaq. Tək Xərçənglər üçün tanışlıqlar mümkündür. Keçmiş münasibətlər yenidən gündəmə gələ bilər. Qərar vermək çətin olacaq. Daxili səsini dinləməlisən. Dostluqlarda seçici olacaqsan. Səni anlayan insanlara yaxınlaşacaqsan. Sağlamlıqda emosional balans vacibdir. Stress bədənə təsir edə bilər. Dincəlmək önəmli olacaq. Təbiət və su yaxınlığı rahatladacaq. Yaradıcılıq qabiliyyətin artacaq. Duyğularını yazmaq faydalı olacaq. Özünə qarşı mərhəmətli olacaqsan. Özünü yükləməməyə çalışacaqsan. İş və şəxsi həyat balansı önəm qazanacaq. Səbr nəticə gətirəcək. Tələsik davranmayacaqsan. İl ortasında rahatlama hissi gələcək. Ailə bağları güclənəcək. Keçmiş incikliklər bağışlanacaq.

Ulduzlar sistemində dördüncü yeri tutan Xərçəng bürcü təxminən iyunun 22-dən iyulun 22-nə qədər olan dövrü (31 günü) əhatə edir. Ünsürü su, planeti Ay, düşərli günü bazar ertəsi və cümə axşamı, düşərsiz günü çərşənbə axşamı və şənbə, uğurlu rəngi ağ, açıq-mavi, göy və yaşıl, uğursuz rəngi boz, uğurlu daşı rubin, zümrüd və Ay daşı, metalı gümüş, enerji verən çiçəyi jasmin, bütün ağ çiçəklər, uğurlu rəqəmi 4, 5 və 8, müxalif bürcü Oğlaq, şanslı ölkələri Türkiyə, Şotlandiya, Prussiya, Hollandiya, Suriya, Afrika, Avstraliya və Sakit okean adalarıdır.

Xərçəng bürcü altında doğulanlar utancaq, özünə qapanmış, hissiyyatlı, qaraqabaq, küsəyən və tezinciyən olurlar, bu da Xərçəngləri çox incidir, çünki qəlblərinin dərinliyində təkcə özləri barədə deyfl həm də atrafdakı insanlar barədə düşünürlar.
Xərçəng öz ailəsinə və yaxın dostlanna çox qaygıkeşlıklə yanaşır. O, kiminlə dostlaşırsa, demək olar uzun müddət, bəlkə də hamişalik bu münasibati saxlayır Xərçanglər öz doğmalarının uğurlarına sevinirlər məğlubiyyətlərinə çox kədərlənirlər. Dostiannın toylarında ağlayarlar; xəstələnəndə gecə-gündüz onlara qulluq edə bilərlər. Xərçəng ailəsinə və dostlanna ziyan vuran şəxsləra qarşı çox təcavükar olub vuruşa girişir. öz doğmasını və dostunu müdafia edandə utancaqlığını və qaraqabaqlığını bir tərəfə atır. Hücumu ən yaxşı müdafiə hesab edən Qoçlardan fərqli olaraq Xərçənglər özünümüdafiəyə üstünlük verirlər.

Xərçənglə ilk söhbətə başlamaq üçün, öncə ona məsləhət almaq məqsədilə müraciət edin. Xərçəng ürəklə, canbaşla cavab verəcək. Amma nəbadə söhbətə «mən sizi haradasa görmüşəm» — ilə başlayasız. Onların çox gözəl yaddaşları var.
Həmsöhbətiniz qadın Xərçəngdirsə uşaqlar haqqında danışın, onlar uşaqları çox sevirlər. Əgər kişi Xərçəngdirsə, onda siyasət, incəsənət və ümumi tanışlardan söhbət açın.
Xərçənglərlə səmimi söhbət zamanı onun şəxsi problemləri haqqında danışmayın. Bir anlıq onlar sizə bütün problemləri, sirləri haqqında danışa bilər. Çox keçmədən, yeni tanışla bu qədər səmimi danışdığı üçün peşman olacaq. Onun münasibəti dəyişə, o hətta sizdən yan gəzə də bilər.
Xərçənglər kolleksiya toplamağı xoşlayır. Hansı əşyaların çatışmadığım bilib, məhz ondan alsanız, Xərçəngin ürəyincə olar, ona dünyanı bağışlamış olarsız. Marka, kibrit qabı onlar üçün qızıl qədər qiymətlidir. Gümüş-zinət əşyalarım sevirlər. Mücrü də alıb hədiyyə etsəniz, siz onların ürəyini valeh etmiş olarsınız. Kişi Xərçənglər analarına qarşı çox mehriban olduğundan, siz də onlara xüsusi diqqət və ehtiram göstərin. Xərçənglərlə münasibətdə bunu da unutmayın ki, onlar laqeydliyi, diqqətsizliyi sevmirlər.

 

XƏRÇƏNG BÜRCÜ KİŞİLƏRİ
Onun qəlbinə girmək heç də asan deyil; hətta ən yaxın dostlarından da nəsə gizlədir. Yorulmazdır, qəmli fikirlərə meyllidir, idealist, sentimentalist və xəyalpərvərdir. Emosional baximdan qeyri-sabitdir; ona qalxma və enmələr, insanları ardınca hara gəidi aparmaq qabiliyyəti xasdır. Əhval-ruhiyyəsi kəskin şəkildə tez-tez dəyişir.
Kişi -xərçəngə etiraz edəndə, hətta zora da əl atır. Əgər güzəşt olunsa, özü inadkarlığına görə üzr istəyəcək. Gözəl qadınların, xüsusilə hazırcavab həmsöhbətlərin cəmiyyətində olmağı sevir. Ləzzətli yeyib-içməyi xoşlasa da geyiminə fikir vermir. Gözə girmək arzusu yoxdur.
Kəskin analitik ağlı ilə ən dolaşıq problemi həll edə bilər. Pul məsələlərindən yaxşı baş çıxarır, lakin ənənəvi yolla qazanmağa üstünlük verir. Risk etməyi xoşlamır. Xərçəng keçmişə çox bağlıdır. Mühafizəkardır. Həyatdakı dəyişikfiklərdən qorxur və onlara müqavimət göstərir. Ötən günləri tez-tez xatırlayaraq kədərlənir. Belə bir kişi ilə sevgi heç də asan başa gəlmir. Sevgiyə ciddi yanaşan Xərçəng qadından həm zehni, həm də fiziki mükafat gözləyir. Sədaqətli sevgilisi ilə münasibətlərin uzunmüddətli və daimi olacağına inanır. Evi, ailə ocağını sevir.

 

XƏRÇƏNG BÜRCÜ QADINI

Xərçəng üçün ev hər şeydən qiymətlidir. O, əla aşpazdır və heç kim onun evindən ac yola salınmaz. Soyuducusu həmişə ərzaqla doludur. Xəsis deyil, ağır günü üçün pul yığmır. Hətta bədxərcdir. Qiybətçi deyil. Sözgəzdirənliyi də yoxdur: ona hər şeyi danışmaq olar. Sirr saxlayandır, özü də gözəl söhbətcildir. Dostlarına və seçdiyi kişiyə etibarlıdır. Sevgisindən də bölünməz məhəbbət gözləyir. Tamamilə özünü sevgiyə həsr edə bilmir, son dərəcə cazibədardır; sadəliyi, məlahəti və problemlərə ürək yanğısı ilə kişiləri cəlb edir. Onu fəth etmək üçün mütləq qızılgül, şam, şampanski və lirik şerlərdən istifadə olunmalıdır. O, məhəbbətdə seksdən daha çox şey axtarır; ev, uşaqlar, sabit münasibətlər...