Doğum cədvəlinin hesablanması
Astroloji cədvəliniz sizə nə deyə bilər?
Bu gün Tərəzilərin sosial həyatı canlana bilər. Evdə qalmaq planınız olsa belə, son anda gələn dəvət fikrinizi dəyişə bilər. Yeni insanlarla tanış olmaq və uzun müddətdir görmədiyiniz dostlarla görüşmək üçün gözəl gündür. İş həyatında münasibətlərinizi düzgün qurmağınız sizə yeni imkan gətirə bilər. Daha əvvəl tanış olduğunuz biri maraqlı əməkdaşlıq təklifi ilə qarşınıza çıxa bilər. Pul məsələlərində özünüzə qoyduğunuz sərhədləri aşmamağa çalışın. Xüsusilə əyləncə və şəxsi istəklərə planlaşdırdığınızdan artıq pul xərcləyə bilərsiniz. Sevgi həyatında isə xoş sözlər və kiçik jestlər münasibətin havasını dəyişəcək. Subay Tərəzilər üçün dost məclisində və ya sosial ortamda diqqətçəkən tanışlıq ehtimalı var. Axşam saatları uzun müddət yadınızda qala biləcək maraqlı söhbətlə başa çata bilər.
Tərəzilər üçün bu avqust həftəsi qərarlar və münasibətlər baxımından vacib olacaq. Həftənin əvvəlində iki seçim arasında qala bilərsiniz. Başqalarının fikrini dinləsəniz də, son qərarı öz istəyinizə əsasən verməlisiniz. İş həyatında yeni tanışlıq və ya əməkdaşlıq imkanı yarana bilər. Daha əvvəl danışdığınız biri sizə maraqlı təkliflə müraciət edə bilər. Maddi məsələlərdə tarazlığı qorumaq mümkün olacaq, lakin sosial həyat və əyləncə xərcləri arta bilər. Sevgi həyatında romantik atmosfer güclənəcək. Münasibəti olan Tərəzilər gələcəklə bağlı ortaq planlar qura bilərlər. Subay Tərəzilərin isə dost kimi gördüyü bir insanla münasibəti fərqli istiqamətə gedə bilər. Həftənin sonuna doğru xoş xəbər və ya gözlənilməz dəvət sizi sevindirə bilər. Bu həftə sizin üçün əsas məsələ başqalarını razı salmaqdan daha çox öz daxili tarazlığınızı qorumaq olacaq.
Avqust ayı Tərəzi bürcü üçün tarazlığın bərpa olunduğu, həyatın müxtəlif sahələrində yeni ümidlərin yarandığı bir dövr olacaq. Son aylarda sizi narahat edən hadisələr yavaş-yavaş arxada qalacaq. Özünüzü daha sakit, daha inamlı və gələcəyə daha nikbin baxan biri kimi hiss edəcəksiniz. Bu ay verəcəyiniz qərarlar uzun müddət həyatınıza təsir edəcək. Ona görə də hər addımı düşünərək atmaq vacibdir. Tələsik qərarlar verməkdənsə, hadisələrin inkişafını izləmək sizə daha çox fayda gətirəcək.
İş həyatında uğurlu dəyişikliklər gözlənilir. Uzun müddətdir gözlədiyiniz bir xəbər nəhayət ki, gələ bilər. Yeni layihələr, əməkdaşlıq təklifləri və fərqli iş imkanları qarşınıza çıxacaq. Yaradıcılığınız və ünsiyyət bacarığınız sayəsində ətrafınızdakı insanların etimadını qazanacaqsınız. Rəhbərlik sizin səylərinizi yüksək qiymətləndirəcək. İş axtaran Tərəzilər üçün də avqust yeni başlanğıclar vəd edir.
2026-cı il Tərəzi üçün tarazlıq axtarışı ilidir. Münasibətlər əsas mövzu olacaq. İl boyu qərar vermək çətinləşə bilər. Ancaq intuisiya kömək edəcək. İş həyatında əməkdaşlıqlar artacaq. Tək işləmək çətin olacaq. Maddi məsələlərdə orta yol tapılacaq. Gəlir və xərclər balanslanacaq. Ailə münasibətləri daha harmonik olacaq. Anlaşma artacaq. Sevgi həyatında romantika ön planda olacaq. Münasibətlər dərinləşəcək. Tək Tərəzilər üçün ciddi tanışlıqlar mümkündür. Keçmiş əlaqələr təsir göstərə bilər. Seçim etmək lazım olacaq. Dostluqlarda ədalət önəmli olacaq. Haqsızlıqlara dözməyəcəksən. Sağlamlıqda bel və böyrəklərə diqqət lazımdır. Stress fiziki təsir göstərə bilər. Estetik mövzular maraq doğuracaq. Öz görünüşünə diqqət artacaq. Yaradıcılıq qabiliyyəti yüksələcək. Sənət mövzuları uğurlu olacaq. İl ortasında daxili konflikt yaşana bilər. Bu, dəyişiklik gətirəcək. Prioritetlər aydınlaşacaq. Öz istəklərini daha yaxşı anlayacaqsan. Başqalarını razı salmaq azalacaq. Öz ehtiyacların ön plana çıxacaq. Ailə və iş balansı qurulacaq. İl sonuna doğru rahatlama gələcək. Qərarlarında daha qəti olacaqsan. Münasibətlərdə sabitlik yaranacaq. Daxili harmoniya artacaq. Özünü daha güvənli hiss edəcəksən. 2026 tarazlıq ilidir.
Tərəzilər yüksək intellektə malikdirlər. Onların diqqətini çəkmək üçün öz müsbət xüsusiyyətlərinizi göstərin. İncəsənətlə bağlı bütün söhbətlərdə aktiv iştirak edirlər. İstər mövzu rəsm sərgisindən, ya da filmdən düşsün, öz fikrinizi mütləq söyləyin. Görəcəksiniz ki, sizin fikriniz onların fikirləri ilə üst-üstə düşür.
Tərəzi ilə yaxından tanış olmaq üçün ilk görüşünüzdə onu konsertə və ya teatr tamaşasına dəvət etsəniz yaxşı olar. Seçimdə diqqətli olun, Tərəzi klassikanı çox sevir. Ona görə də, seçdiyiniz sənət əsəri mütləq bu stildə olmalıdır.
Oxuduğunuz kitablar haqqında danışın. Poeziyanı çox sevdiyindən öz aktyorluq sənətinizə, şeir demək qabiliyyətinizə inamınız varsa, əzbər bildiyiniz şeri söyləyə bilərsiz. Bu onların ürəyincə olacaq.
Şeir yazıb-yazmadığını soruşun. Əgər yazıbsa, onda söyləməsini xahiş edin. Şeir ürəyinizcə olmasa da yenə tərifləyin.
Kompliment söyləməyi unutmayın, amma eyniliyə yol verməyin. Əgər dünən gözəlliyini tərifləmisinizsə, bu gün onun ağlına və istedadına heyran olduğunuzu söyləyin.
Tərəzi zövqlə seçilən bahalı hədiyyələri sevir. Ailə münasibətlərində Tərəzilər dava-dalaşdan, söz-söhbətdən qaçırlar. Siz də buna cəhd etməyin.
Onlar başqalarından fərqli olaraq, çox vaxt güzəştə gedirlər və ailə problemlərini özləri düzüb-qoşurlar. Bunu nəzərə alın ki, Tərəzi evdə təmizliyi, sakitliyi, rahatlığı sevir. Evdə canlı gülləri saxlamağı unutmayın. Kişi Tərəzi və qadın Tərəzi uşaqlarını çox sevir. Ailəsinə, uşaqlarına görə hər şeydən keçirlər. İşdə, kollektivdə həmişə hamı ilə mehriban dolanırlar.
TƏRƏZİ BÜRCÜ KİŞİLƏRİ
O, Tərəzi bürcü altında doğulduğuna görə harmoniya və tarazlığa can atır. Onun həssas xarakteri ətrafdakı qayda-qanun və sakitlikdən xoşbəxt olur. Adətən idmanla məşğul olmağı çox da sevmir; atletik qədd-qamətl yoxdur, daha çox stolüstü oyunlarla rnaraqlanır.
Yaxşı həmsöhbətdir- Xeyirxahdır, ədalət hissilə hər şeyə bərabər yanaşır. Nəzakətlidir, diplomatikdir, yumoru əla başa düşür. Xaraktercə sülhsevər olsa da ədalət uğrunda vuruşa qadirdir.Bizneslə əla məşğul olur. İnstinktiv şəkildə kompromislərə meyl edir, konfliktli tərəfləri barışdırmağa can atır Onun gözəl intuisiyası var; onu aldatmağa çahşmayın, hər şeyi görə bilir. Bununla belə, insanı başa düşməyə çalışır; öz şəxsi sevgi və meyllərini göstərmədən tutduğu mövqedə dayanır. Həddən artıq emosionallıq göstərmir; dava-dalaşı və oyunbazlıqları xoşlamır. Kişi tərəzi memarlığı, rəssamlığı, musiqini və qadınları sevir- Gözəllik vurğunudur. Qadınlarla rəftarı bacarsa da, son məqamda, axırıncı addımda çətinlik çəkir, çünki ifrat dərəcədə hər şeyi götür-qoy edir, ölçüb-biçir. Hər sev ideal olmmalıdır. Kişi tərəzi yataqda öztərəfdaşını tam təmin etməyə can atır. Onun fikrincə, seksual akt hər ikisinə məmnunluq gətirməlidir. Tərəzi kişilər tərif və yaltaqlığı xoşlayırlar, belə hallara yaxşı reaksiya verirlər. Lakin emosionallıqdan zəhlələri gedir. Qadının çığır-bağırına, oyunbazlığına dözmür, öz istədiklərinə nail olurlar. Tərəzi erkən yaşından qızlarla maraqlanır. Yaxşı geyimli, uzun saçlı, qalın dodaqlı qadınlara qarşı zəifliyi var.
TƏRƏZİ BÜRCÜ QADINLARI
Bu bürc altında doğulan qadınlar öz gözəllikləri və üzlərinin zərif dəriləri ilə məşhurdurlar. Onlar instinktiv şəkildə incə şeyləri hiss edirlər. Gözəlliyin bütün təzahürlərindən zovq alırlar. Otaqları, yaşayış yerləri bər-bəzəkli və qəşəng olur.
Bu zəriflik kişilərə münasibətdə də özünü göstərir; onu müşayiət edən kişi gərək barmaqdakı brilyant kimi olsun. Elə görünür ki, tərəzi öz gözəlliyinə baxıb zövq alır; ancaq əslində özünütənqid onda çox güclüdür. O, yüksək standartlar üzrə özündə düzəliş və dəyişikliklər etməyə hazırdır; elə ona görə də bu qadın gözəl hesab olunur. Tərəzi qadınlar qeyri-sabitdirlər, hər hansı bir cəlbedici kişilə flirt yara bilərlər. Onların sevgisi dərin deyil. Tərəzi qadına əmr etməyə cəhd göstərməyin. Qulaq asmayacaq. Təkid etsəniz, daha böyük inadkarlıqla üzləşəcəksiniz. Nəvazişkar sözlər və inandırma – onun neqativ münasibətini aradan qaldırmağın yeganə yoludur. Son dərəcə qadınlıq məlahətilə yanaşı, ağlı, bəlagəti, fəallığı var. Çətin vəziyyətə düşərkən tamamilə köməksiz ola bilər; passiv şəkildə oturub kor kimi kömək gözləyəcək. O, gözəldir, hərtərəflidir və qəsdən, şüurlu şəkildə şirnikləndiricidir.