QIZ BÜRCÜ 23 Avqust - 22 Sentyabr

Doğum cədvəlinin hesablanması

Astroloji cədvəliniz sizə nə deyə bilər?

Qız bürcü üçün bu gün detallara fokuslanma və məsuliyyət tələb edən gündür. İşdə xırda səhvləri düzəltmək və yarımçıq qalan işləri tamamlamaq üçün uyğun zamandır. Maddi mövzuda diqqətli və ölçülü davranış sizi riskdən qoruyacaq. Münasibətlərdə tənqidi yanaşmanı bir qədər yumşaltmaq tövsiyə olunur. Daxili narahatlıq hissi yarana bilər, lakin bunu planlama və nizamla azalda bilərsiniz. Sağlamlıq baxımından rejimə riayət etmək vacibdir.

Qız üçün bu həftə daxili rahatlıq və özünü qəbul etmə mövzuları güclənir. Hər şeyi mükəmməl etməyə çalışma ehtiyacı bir qədər azalır. Bu da sizi psixoloji baxımdan yüngülləşdirir. Sevgi və şəxsi münasibətlərdə daha yumşaq və anlayışlı yanaşma ön plana çıxır. Özünüzə qarşı tənqidi münasibəti azaltdıqca daxili rahatlıq artır. Bu həftə sizi sevindirən xırda detallar daha çox diqqətinizi çəkəcək. Həyatın axınına bir az etibar etmək sizə gözlədiyinizdən daha çox rahatlıq verə bilər. Həftənin sonunda daxili tarazlıq daha güclü hiss ediləcək.

 

Yanvar ayı Qızlar üçün nizam və planlama dövrüdür. Hər şeyi qaydasına salmaq ehtiyacı hiss edəcəksən. İş həyatında detallara diqqətin səni digərlərindən fərqləndirəcək. Yeni iş sistemi qurmaq üçün ideal zamandır. Sağlamlıq mövzuları ön plana çıxır və həyat tərzini dəyişmək istəyi yaranır. Münasibətlərdə isə daha açıq danışmaq lazımdır. İçində saxladığın narazılıqlar münasibətləri yora bilər. Ailə ilə bağlı məsuliyyətlər arta bilər. Maddi məsələlərdə qənaətcil olmaq faydalıdır. Emosional olaraq bəzən özünü tənqid edə bilərsən. Özünə qarşı daha yumşaq olmalısan. Ayın sonunda daxili rahatlıq tapacaqsan.

2026-cı il Qız üçün nizam və analiz ilidir. İl boyu detallara diqqət artacaq. İş həyatında məhsuldarlıq yüksələcək. Planlı davranış uğur gətirəcək. Yeni məsuliyyətlər verilə bilər. Tənqidçi yanaşma bəzən problem yarada bilər. Maddi məsələlərdə balans olacaq. Qənaətçilik davam edəcək. Ailə içində məsuliyyət artacaq. Hər kəs səndən dəstək gözləyə bilər. Sevgi həyatında məntiq ön plana çıxacaq. Duyğuları ifadə etmək çətin ola bilər. Tək Qızlar üçün tanışlıqlar iş mühitində ola bilər. Münasibətlərdə mükəmməllik axtarışı azalmalıdır. Özünü çox yükləməməlisən. Dostluqlarda seçici olacaqsan. Sakit və güvənli insanlara yaxınlaşacaqsan. Sağlamlıq mövzusu önəmli olacaq. Həzm sistemi diqqət tələb edəcək. Rejimə riayət faydalı olacaq. Stressi azaltmaq vacibdir. Zehni yüklənmə ola bilər. Meditasiya fayda verəcək. Özünü inkişaf etdirmək istəyəcəksən. Yeni bacarıqlar öyrənəcəksən. Təhsil və kurslar uğurlu olacaq. İl ortasında qərar dəyişikliyi mümkündür. Prioritetlər dəyişəcək. Həyatına sadəlik gətirəcəksən. Artıq yüklərdən azad olacaqsan. Emosional sabitlik artacaq. Özünü daha rahat hiss edəcəksən. İl sonuna doğru nəticələr görünəcək. Əməklərinin qarşılığını alacaqsan. Daxili rahatlıq artacaq. Özünlə barışacaqsan. 2026 sistem qurma ilidir.

Ulduzlar sistemində 6-cı yeri tutan Qız bürcü təxminən avqustun 24-dən sentyabrın 23-nə qədər (30 gün) olan dövrü əhatə edir. Bu bürcdə doğulan şəxslər ciddi və ləyaqətlidirlər. Təvazökarlıq onların xarakterinin ən gözəl xüsusiyyətidir. Qızın çox gözəl davranış qaydaları vardır. Onlar özlərini məclislərdə, cəmiyyət qarşısında əsl xanım və ya cənab kimi aparırlar.
Qız bürclü şəxslərlə özünüzü səmimi, olduğunuz kimi aparın. Qız yalanı, qeyri-səmimiliyi sevmir. Onların xoşuna gəlmək üçün hisslərlə yox, ağılla hərəkət edin. Onlara göstərin ki, siz praktikliyi, düzgünlüyü həyatda hər şeydən üstün tutursuz.
Onları bahalı restorana dəvət etməyin, çünki q
ız artıq pul xərcləməyi sevmir. Əgər keçirdiyiniz məclislər evdədirsə, onda çoxlu adamlar, tanışlar çağırmayın. Hamının gözü qarşısında ona kompliment söyləməyin.
Əgər görüşə çağırdığınız şəxs
qız bürclü qadındırsa, ona qarşı çox diqqətli, nəzakətli olun. Qeyri-adi gözəl davranış qaydaları ilə onun ürəyinə yol tapın.
Söhbəti əsasən ondan məsləhət almaq üçün açın, guya siz hansısa bir məsələyə dair nə qərara gələcəyinizi bilmirsiz. Qız bürclü insanlar məsləhət verməyi sevirlər.
Onlar öz sağlamlığına qarşı çox diqqətlidir. Onunla rasional qida haqqında danışa, idman və sağlamlıq jurnallarından söhbət aça, yeni məqalələr haqqında məlumat verə bilərsiz.
Onlara qarşı diqqətli olun. Təyin etdiyiniz vaxtdan gec olmayaraq görüşə getməyi unutmayın. Görüşə gecikmək yarımçıq adamların işidir.
Qız bürclü şəxs seçdiyi insana hörmətlə yanaşır. Siz də ona qarşı elə olun. Yadda saxlayın ki,
qız bürclü insanlar realistdirlər. Ona görə də, boş yerə vəd verməyin. Qıza ən böyük hədiyyə kitabdır. Oxumağı, mütaliə etməyi sevdiyindən bağışladığınız hər bir kitab onun üçün ən əziz xatirədir.


QIZ BÜRCÜ KİŞİLƏRİ

Qız bürcündə doğulan kişi; Varlı da olsa, daim çalışsa da yenə pul istəyir. Onun sərvətə hörməti böyükdür. Dolayısıyla, zəngin və imkanlı qadınlar onun diqqətini çəkir. Bu kişi sevgidən qorxar. Bu məsələdə məğlub olmadığı bir utancaqlığı var. Onunla evlənmək istəyirsinizsə əvvəl dost olmalısınız. Praktikdir, onun analitik ağlı risk ehtimalını hesablayır. O, bir səhvi iki dəfə etmir. Hesab edir ki, insanlar onun qaydaları üzrə yaşamalıdırlar; ona görə də hər şeyə tənqidi yanaşır. Bu isə dost və sevgili qazanmaq prosesinə mane olur. Bundan əlavə, Qız kimliyindən asılı olmayaraq heç kəsə yaltaqlanmağa özünü məcbur edə bilmir.Subayların çoxusu bu bürc altında doğulub. Onlar öz işiərinə o qədər aludə olurlar ki, sevgi macəraları barədə düşünməyə vaxtları qalmır. Əla işçidir. Öz xarici görkəminin qayğısına qalır. Lakin əsəbi temperamenti var, ətrafı və mühiti sakit olsa, özünü yaxşı cəhətdən tam göstərə bilir. Kişi-Qız həddən artıq təkid eyləyən deyil; gözləyər ki, qadın onu yatağa dəvət etsin. Qadınların dalınca düşən deyil, istəyir ki, onun arxasınca ov etsinlər. Uzun müddətli münasibətdən sonra, qadınla uyğunlaşır və ona öz təklifini bildirir. Bu da ki, çox götür-qoydan sonra baş verir. Ancaq qadına romantika lazımdırsa, bunu onun özü yaratmalıdır. Öz növbəsində Qız öz sevgilisi qadına təhlükəsizlik və sədaqət vəd edir. Boş vaxtını bağda və ya mütaliə ilə keçirməyə üstünlük verir.

 


QIZ BÜRCÜ QADINI

Qız bürcü qadınının həyatında, gözəlliyin və hisslərin yeri böyükdür. Hər şeydən əvvəl Qız bürcü qadını evinə çox düşkündür. Evi çəkib çevirməkdən zövq duyur. Ağıllı və məntiqli olduğu üçün bunda heç bir çətinlik çəkməz. Evi hər zaman səliqəli və zövqlüdür. Dostluğa və yoldaşlığa çox əhəmiyyət verir. Ətrafı daim insanlarla doludur. Çünki çıxışı və ağıllı sözləri sayəsində insanları özünə birləşdirməyi bilir. Zaman içində tənqidçi olmasına baxmayaraq hər kəsi olduğu kimi qəbul edir.O, ciddi və ləyaqətli qadındır. Təvazökarlıq fitri keyfiyyətidir və heç vaxt öz nailiyyətləri ilə lovğalanmır. Cözəl maneraları var, özünü əsl xanım kimi aparır. Lakin qabaqcadan düşünülmüş situasiyalarda sizə elə sözlər deyər ki! Bu vaxt özünüzü qoruyun. O, özünü təkmilləşdirməyə inanır və öz vəziyyətini yaxşılaşdırmaq üçün çox çalışır. Ədəbiyyat və incəsənətlə maraqlanır.
Səxavətli, səbirli və xeyirxahdır, lakin eyni zamanda məqsədyönlü, soyuq və rasionaldır; həmişə ürəyinə deyil, idrakına qulaq asır. Hər hansı bir yolu seçsə, heç kim onu bu yoldan döndərə bilməz. Enerjisi iki-üç qadına bəs edər. O, kişinin nə istədiyini bilir. Yaxşı analitikdir. Məqsədi praktik və realdır.
Ərə gec gedir. Əla evdarlığı var. Gözəl ana (hərçənd ki, bir az ciddi də ola bilər) və maraqlı həyat yoldaşıdır. Seks onu sadəcə bir həzz kimi deyil, nəsli davam etdirmək nöqteyi — nəzərdən maraqlandırır. Bir qayda olaraq ahıl yaşlarına qədər yaxşı qalır. Kiçik məclisləri xoşlayır, qeyri-adi dərəcədə səliqəlidir. İntellektual oyunları asanlıqla həll edir. Özünün ideallaşdırdığı kişiyə, onun xəyalındakı obrazına sədaqətlidir, ancaq emosiya və duyğularınıgizlədir. Kişinin gəlbinə yol tapa bilir, vəziyyətin ağasına çevrilməyi bacarır.