Doğum cədvəlinin hesablanması
Astroloji cədvəliniz sizə nə deyə bilər?
Oxatan: Bu gün Oxatan bürcünün nümayəndələri üçün məqsədlərə doğru irəliləmək baxımından məhsuldar keçə bilər. Səhər saatlarında yeni ideyalar və planlar sizi ruhlandıracaq. İş həyatında məsuliyyətiniz arta bilər. Rəhbərlik tərəfindən sizə vacib tapşırıq həvalə olunması mümkündür. Bu tapşırığı uğurla yerinə yetirmək peşəkar nüfuzunuzu gücləndirə bilər. Lakin eyni anda bir neçə işə başlamaq diqqətinizin dağılmasına səbəb ola bilər. Maliyyə məsələlərində gələcək üçün qənaət planı hazırlamaq faydalı olacaq. Səyahət və ya şəxsi inkişafla bağlı xərclər gündəmə gələ bilər. Sevgi həyatında isə səmimiyyət ön plana çıxacaq. Münasibəti olan Oxatanlar sevdikləri insanla gələcək planları barədə danışa bilərlər. Subay Oxatanlar üçün gözlənilməz tanışlıq romantik maraq yarada bilər. Günün ikinci yarısında dostlarınızdan biri sizə maraqlı təkliflə müraciət edə bilər. Yeni biliklər əldə etmək və bacarıqlarınızı inkişaf etdirmək üçün münasib gündür. Axşam saatlarında ailənizlə keçirdiyiniz vaxt sizə rahatlıq verəcək. Bu gün böyük arzularınıza doğru kiçik, lakin əhəmiyyətli addım atmaq imkanınız olacaq.
Bu həftə Oxatanlar üçün sakit düşünmək, keçmiş qərarları qiymətləndirmək və gələcək planlarını yeniləmək baxımından maraqlı dövr olacaq. Həftənin ilk günlərində gündəlik işlərin çoxluğu sizi yora bilər. Bəzi məsələlərdə gözlədiyiniz nəticəni dərhal əldə etməmək narahatlıq yaratsa da, hadisələrin inkişafını izləmək daha düzgün olacaq. İş həyatında əvvəllər yarımçıq qalmış layihəyə yenidən qayıtmaq ehtimalı var. Xarici əlaqələr, təhsil və səyahətlə bağlı planlarınızda müəyyən dəyişikliklər edə bilərsiniz. Yeni iş axtaran Oxatanlar əvvəlki müraciətlərindən biri ilə bağlı cavab ala bilərlər. Maddi baxımdan qənaət etmək və gələcək xərcləri əvvəlcədən hesablamaq faydalı olacaq. Xüsusilə səyahət və şəxsi inkişafla bağlı planlar büdcənizə təsir göstərə bilər. Sevgi həyatında keçmiş münasibətlərlə bağlı xatirələr yenidən canlana bilər. Münasibətdə olan Oxatanlar tərəfdaşları ilə daha çox mənəvi yaxınlıq qurmaq istəyəcəklər. Subaylar üçün dost çevrəsində maraqlı tanışlıq mümkündür. Həftənin ortalarında yaxın dostunuzun sizdən kömək istəməsi ehtimalı var. Bu vəziyyət münasibətlərinizin nə qədər möhkəm olduğunu göstərə bilər. Həftəsonu səs-küylü tədbirlərdən uzaqlaşmaq və şəxsi maraqlarınıza vaxt ayırmaq istəyəcəksiniz. Bu həftə özünüzü daha yaxşı tanımaq və gələcək üçün düzgün istiqamət seçmək əsas məqsədiniz olacaq.
Oxatanlar üçün noyabr yeni məqsədlər və maraqlı fürsətlərlə yadda qala bilər. Ayın əvvəlində gələcək planlarınızı yenidən qiymətləndirə bilərsiniz. İkinci yarıda isə enerjiniz və fəallığınız artacaq. İş həyatında xarici əlaqələr, yeni layihələr və peşəkar inkişaf imkanları gündəmə gələ bilər. Maddi məsələlərdə səyahət və təhsillə bağlı xərclər arta bilər. Buna görə də büdcənizi düzgün planlaşdırmaq vacibdir. Əlavə gəlir imkanları da istisna deyil. Sevgi həyatında yeni tanışlıqlar mümkündür. Subay Oxatanlar səyahət və ya dost məclisində maraqlı insanla qarşılaşa bilərlər. Münasibətdə olanlar isə birlikdə yeni planlar quracaqlar. Ayın sonunda sizi sevindirən xəbər almağınız mümkündür.
Ulduzlar sistemində 9-cu yeri tutan bu bürc təxminən noyabr ayının 23-dən başlayaraq dekabrın 21-nə qədər (29 gün) davam edir. Ünsürü od, planeti Yupiter, uğurlu günü cümə axşamı, uğursuz günü şənbə, düşərli rəqəmi 5, numeroloji rəqəmi 9, uğurlu çiçəyi nərgiz, enerjisini artıran ağacı tut və ağcaqayın, metalı qurğuşundur. Oxatanla tanış olan zaman ilk söhbəti heyvanlar haqqında başlasanız yaxşı olar. Oxatan evində it saxlamasa da, onlar haqqında çox maraqlanır. Cəngəllik qanununun cəmiyyətdə işləməsini, yırtıcılarla zəiflərin təması məsələsini açıqlayın. İlk görüşü açıq havada təyin etsəniz yaxşı olar.
Oxatanlar hədiyyə almağı çox sevir. Bunun üçün çox pul xərcləmək lazım deyil. Bu bürcün sahibləri elə insanlardır ki, hədiyyənin bahalı və ucuz olması yox, sizin ona diqqətiniz üçün vacibdir.
Oxatanlar çox ünsiyyətcildirlər. Onların dünya görüşü çox geniş olduğundan, hər barədə söhbət etmək olur. Lakin laqeyd və passiv həmsöhbətdən tez bezirlər.
OXATAN BÜRCÜ KİŞİLƏRİ
Onunla elə ilk görüşdə siz həyati gücünüzün artdığını hiss edəcəksiniz. O, şəndir, füsunkardır, hazırcavabdır. Və sizə elə gələcək ki, siz onun ömründə rast gəldiyi ən cazibədar qadınsınız.
Özünüzü aldatmayın. Diqqətlə fikir versəniz, görərsiniz ki, o otaqdakı hər bir qadını müşahidə edir və həqiqət budur ki, hamısını istəyir.
Gözəl bir qadın içəri girsə, ona yaxınlaşıb tanış olacaq. Sonra isə telefon zəngləri, güf-çiçək, konfet və digər hədiyyələr ilə onu üzəcək.
Romantik əlaqələrdə o, idealistdir və befə hesab edir ki, növbəti qadın onun yeganəsi olacaq. Nə qədər məyus olsa da, optimizm azalmır; hər gün özü ilə yeni imkanlar gətirə bilər.
Kişi oxatan sentimentaldır, çox həssas ürəyi İstəyir ki, dərin sevgiylə vurulsun, ancaq əlaqələrində ehtiyatlıdır. Heç bir əlaqəsi uzun müddət davam etmir çünki təbiətən boş yerdə özü üçün problem yaradır. Qısqanc qadınları sevmir. Sıx münasibətlərə hazır deyil, sevgiyə çox yüngüf yanaşır. Elə ona görə də təcrübəli qadınlarla əlaqəyə üstünlük verir, çünki onlar da sevgini oxatan kimi yüngülcəsin ə qəbul edirlər. Sevgidə üzərinə heç bir öhdəlik götürmür. Heç vaxt nə istədiyini aydın şəkildə anlamır.
Oxatan kişilər açıqürəkli və söhbətcildirlər. Dostu və sevgilisini başa düşməyə çalışırlar. Hər şeyə qarşı həssasdır, kamilliyə can atır, sevdiyi şəxsdən tam mənəvi uyğunluq tələb edir.
OXATAN BÜRCÜ QADINLARI
Qadın oxatan sevgili seçməkdə bir o qədər də tələbkar deyil; kişi onu müəyyən bir cəhəti ilə cəlb edə bilər və mümkündür ki, Oxatan qadın arzuedilməz keyfiyyətlərə heç diqqət kəsilməsin. Lakin o, dərin emosional meylə qadir deyil və romantik əhval-ruhiyyənin şıltaqlarına uymağa hazırdır. Eyni zamanda əgər əlaqə puça çıxsa, buna fəlsəfi baxımdan yanaşacaq. Bir müddətdən sonra yeni sevgili peyda olacaq — elə isə ruhdan düşüb məyus olmağa dəyərmi? Sevgi oyunlarında qumarbazdır. O, şöhrətpərəst, açıq ürəkli və səxavətlidir. Xeyirxah və azadlıqsevərdir. Heç kim onun səyahətinə mane olmamalıdır. Oxatan qadınlara daimə rəngarənglik və ilham mənbəyi zəruridir. Təklikdə xoşbəxt ola biimirlər; gərək ətrafdakılar ilə öz səadətini bölüşsünlər. Oxatan bürcü altında doğulan qadın çox ümidləri verən tərəfdaş ilə seksə razılıq verər, lakin onu daha çox dostluq və romantik sərgüzəştlər maraqlandırır.