DOLÇA BÜRCÜ 20 Yanvar - 18 Fevral

Doğum cədvəlinin hesablanması

Astroloji cədvəliniz sizə nə deyə bilər?

Dolçalar üçün bu gün peşəkar nüfuz və şəxsi məsuliyyət məsələləri ön plana çıxacaq. İş yerində rəhbərliyin diqqətini çəkən bir hadisə baş verə bilər. Əvvəllər verdiyiniz qərarın nəticəsi ilə qarşılaşa və mövqeyinizi izah etməli ola bilərsiniz. Yeni vəzifə və ya iş dəyişikliyi haqqında düşünənlər üçün məlumat toplamaq faydalı olacaq. Maddi baxımdan gələcək gəlirlərinizi artırmaq üçün yeni bacarıq öyrənmək ideyası yarana bilər. Sevgi həyatında işlə şəxsi münasibətlər arasında tarazlıq yaratmaq lazım gələcək. Tərəfdaşınız sizinlə daha çox vaxt keçirmək istəyə bilər. Subay Dolçalar məqsədyönlü və çalışqan insanlara maraq göstərə bilərlər. Axşam saatlarında peşəkar inkişafınız üçün hansı addımları atmalı olduğunuzu daha aydın görə bilərsiniz.

 

Bu həftə Dolçalar üçün peşəkar inkişaf, yeni ideyalar və məsuliyyətlərin artması ilə yadda qala bilər. İş həyatında əvvəllər diqqət yetirmədiyiniz bir imkan yenidən qarşınıza çıxa bilər. Rəhbərliklə münasibətlərdə mövqeyinizi aydın ifadə etmək və təkliflərinizi əsaslandırmaq vacib olacaq. Bəzi Dolçalar iş yerini dəyişmək, yeni vəzifəyə müraciət etmək və ya fərqli sahədə fəaliyyət göstərmək barədə düşünə bilərlər. Həftənin ortalarında işlə bağlı gözlənilməz məlumat planlarınıza təsir edə bilər. Lakin qərar verməzdən əvvəl bütün imkanları müqayisə etmək daha düzgün olacaq. Maddi məsələlərdə əlavə gəlir əldə etmək üçün yeni yollar axtara bilərsiniz. Texnologiya, onlayn fəaliyyət və yaradıcı layihələr marağınızı çəkəcək. Bununla yanaşı, böyük məbləğli alış-verişdə ehtiyatlı olmaq vacibdir. Sevgi həyatında isə qarşılıqlı anlayış və şəxsi sərhədlər ön plana çıxacaq. Münasibətdə olan Dolçalar tərəfdaşları ilə gələcək məqsədlərini müzakirə edə bilərlər. Subaylar üçün peşəkar çevrədə və ya ictimai tədbirdə yeni tanışlıq mümkündür. Həftənin ikinci yarısında ailə üzvlərindən biri sizdən məsləhət istəyə bilər. Həftəsonu dostlarla görüşmək və ya yeni bir məşğuliyyət sınamaq istəyəcəksiniz. Bu həftə Dolçalar üçün əsas məsələ yeniliklərə açıq olmaqla yanaşı, mövcud məsuliyyətləri də unutmamaq olacaq.

 

Dolçalar üçün noyabr yeniliklər və gözlənilməz hadisələrlə zəngin olacaq. İş həyatında fərqli ideyalarınız diqqət çəkə bilər. Yeni layihələrə başlamaq, iş yerini dəyişmək və ya şəxsi biznes qurmaq barədə düşünə bilərsiniz. Xüsusilə texnologiya və yaradıcılıq sahələrində çalışanlar üçün maraqlı imkanlar mümkündür. Maddi baxımdan əlavə qazanc mənbəyi yarana bilər. Lakin elektron cihazlar və şəxsi ehtiyaclarla bağlı xərclər arta bilər. Büdcənizi düzgün idarə etmək vacib olacaq. Sevgi həyatında maraqlı dəyişikliklər gözlənilir. Subay Dolçalar dostluq münasibətini sevgiyə çevirə bilərlər. Münasibətdə olanlar isə şəxsi azadlıq və qarşılıqlı etibar məsələlərinə daha çox diqqət yetirəcəklər. Ayın sonunda yeni dostluqlar və maraqlı görüşlər mümkündür.

2026-cı il Dolça üçün yenilik ilidir. İl boyu fərqli düşüncələr ön plana çıxacaq. Azadlıq ehtiyacı artacaq. İş həyatında qeyri-ənənəvi imkanlar olacaq. Texnologiya və yenilik uğur gətirəcək. Maddi gəlirlər dalğalı ola bilər. Riskli addımlar diqqət tələb edir. Ailə münasibətlərində məsafə hiss edilə bilər. Ünsiyyət vacib olacaq. Sevgi həyatında qeyri-adi münasibətlər mümkündür. Klassik modellər darıxdırıcı gələcək. Tək Dolçalar üçün fərqli tanışlıqlar olacaq. Münasibətlərdə sərbəstlik önəmli olacaq. Dostluqlar əsas rol oynayacaq. Sosial çevrə genişlənəcək. Sağlamlıqda sinir sistemi ön planda olacaq. Zehni yorğunluq ola bilər. Dincəlmək vacibdir. Yaradıcı fəaliyyətlər rahatladacaq. İdeyalar çox olacaq. Hamısını reallaşdırmaq çətin ola bilər. Fokuslanmaq lazımdır. İl ortasında kəskin dəyişiklik mümkündür. Bu dəyişiklik azadlıq gətirəcək. Keçmiş bağlar qopacaq. Öz yolunu seçəcəksən. Cəmiyyətə baxışın dəyişəcək. Dəyərlər yenilənəcək. Ailə ilə anlaşma artacaq. İl sonuna doğru sabitlik yaranacaq. Azadlıq və məsuliyyət balanslanacaq. Özünü daha rahat hiss edəcəksən. Planların aydınlaşacaq. Həyat ritmin dəyişəcək. Yeniliklərdən qorxmayacaqsan. 2026 azadlaşma ilidir.

Digər bürc sahiblərindən fərqli olaraq. Dolçayla tanış olmaq çox asandır. Bu münasibətlərdə ən çətini onun diqqətini cəlb etməkdir. Dolçalar çox ünsiyyətçidiıiər. İlk tanışlıqda bu adamla tez bir zamanda mehribanlaşıb, istənilən mövzuda danışa bilərsiz.
Bu bürcdən olanlar yüksək zəka, intellekt sahibləridiıiər. Ona görə də, özlərinə oxşar adamlarla ünsiyyət qurmağı bəyənirlər.Dolça yüksək zövqə malikdir. zərif, incə hədiyyələri sevirlər. Dolça üçün ən gözəl hədiyyə kitabdır. Bunu da unutmayın ki, aldığınız hədiyyə məhz Dolçanın istifadəsinə yararlı olmalıdır.
Dolçayla ünsiyyət qurduqda çoxlu suallar verin. Bu sual onun işinə, sevdiyi musiqiyə, kitaba, yığdığı, topladığı kolleksiyaya aid ola bilər.
Əgər Dolça ilə ailə münasibətlərində hər şeyin yaxşı olmasını istəyirsinizsə, onda sizdən yüksək yumor qabiliyyəti, səmimi ünsiyyət, etibar tələb olunur.
Çalışın ki. Dolça ilə hökmranlıqla rəftar etməyəsiniz. O, belə münasibəti xoşlamır. Dolça saatlarla telefonda danışmağı xoşlayır. Bu vərdişini onun tərk etməyini tələb eləməyin, onsuz da bu alınmayacaq. Dostları ilə ilk baxışdan boş görünən söhbətlərlə saatlarla telefonda danışması onun ən sevimli işidir.
Evinizdə köhnə əşyaları atın, mebellərin yerini dəyişin. Dolçalar yeniliyi çox sevirlər. Onlarla münasibətdə öz emosiyalarınıza sahib çıxın. Onlar bunu qiymətləndirirlər. Çalışın onun xoş əhval-ruhiyyəsi olmadığı bir vaxtda problemlər haqda danışmayasız. Bu vəziyyəti daha da çətinləşdirir.

 

DOLÇA BÜRCÜ KİŞİ

Dolça kişini özünüzlə maraqlandırmalısınız. Sizin füsunkarlığınız barədə düşünməmişdən əvvəl sizin şəxsiyyətinizə hörmət etməsi lazımdır. Əgər onu ağıl və intellektlə ələ almısınızsa, deməli fiziki cəhətdən qovuşa bilərsiniz. O, səxavətli, açıqürəklidir, başqa insanlarla səmimi şəkildə maraqlanır. Analitik təfəkkürü var. Qərarlarında yaradıcıdır, kömək etməyə hazırdır. Adətən gözləyir ki, qadın birinci addımı atsın. O, laqeyd deyil, sadəcə olaraq, yalnız qadınla dostluq yaradandan sonra ehtirası oyanir. Qarşılıqlı anlaşma olmayan yerdə özünə qapanır; zahiri soyuq görkəmin arxasında böyük emosiyalar gizlənir. Onu kompromis qərarlara vadar etməyin. Ənənələri pozur və belə hesab edir ki, bununla tərəqqiyə xidmət edir. O, müstəqil və azaddır. Təbii ki, səyahəti sevir. Çoxlu tanışları olmasına baxmayaraq, əsl dostu çox azdır. Tez-tez bütün əlaqələri, hətta dostluğu da qıra bilir. O yorulmazdır, həmişə ideal tərəfdaş axtarır. Asanlıqla vurulur, bəzən flirt yapır, ancaq sədaqətlidir. Onu həmişə yeni və qeyri-adi olan cəlb edir. Zahirən ilk baxışda soyuq görünsə də, əslində nəcib, emosional və canlıdır. İnsanları həqiqətən sevir.
 

DOLÇA BÜRCÜ QADIN

Qadın dolçanın yüksək tələbləri var və təkid edir ki, sevgilisi ona lazımı hörmətlə yanaşsın. Xoşuna gəlmir ki, ona seksual obyekt kimi baxsınlar. Sevmir ki, onu tələsdirsiniər. İlk görüşdən bu qadını siz yatağa sala bilməzsiniz. Dolça qadın həssasdır və çox güclü intellektə malikdir. O əsasən ağılla yaşayır. Dostlar onu ruhlandırır. Məclis və qonaqlıqları sevir, cəmiyyət içrə özünü rahat hiss edir. Əsasən düzdanışan və səmimidir, yalanı bacarmır. Adətən sevdiyi adama öz qəlbini açır və çox vaxt yersiz şəkildə. Dolcalar başqalarının həyatında iştirak edir və özgələrə lazım olmayan məsləhətlər verirlər. O, nəyəsə nail olmağı sevir. Üzərinə məsuliyyət götürməyi, yeni işlərə başlamağı xoşlayır. Bilir ki, istənilən məqsədə çata bilər.
Bundan əlavə, o, şəxsiyyətdir; şəxsi əqidəsini müdafiə etmək üçün cəsarəti çatır. Planı uğursuz çıxsa, depresiyaya düşmür, səhvlərindən nəticə çıxarmağa çalışır.
Onu əks cins çox maraqlandırır. İdeal yoldaş axtarır və seçimini çətinliklə edir. Heç təəcüblü deyil ki, o gec ərə gedir; bir çox dostları onun seçimindən heyrətə düşürlər. Qadın-Dolça ona qadın varlığını hiss etdirən kişiyə ehtiyac duyur. O, gözəl şeyləri, o cümlədən insan bədənini sevir. Fiqurası ilə bağlı komplimentləri xoşlayır. Qeyri-adi dərəcədə səliqəlidir. İnadkar, əsəbli və deyingən ola bilər. Bədxərcliyə də meyllidir, ancaq bunu boynuna almayıb təbii sayır.