Doğum cədvəlinin hesablanması
Astroloji cədvəliniz sizə nə deyə bilər?
Buğalar üçün bu gün əməkdaşlıq və qarşılıqlı etibar məsələləri əhəmiyyət qazanacaq. Birgə həyata keçirdiyiniz işdə məsuliyyət bölgüsü ilə bağlı fikir ayrılığı yarana bilər. Hər şeyi öz üzərinizə götürmək əvəzinə vəzifələri bölüşdürmək daha düzgün olacaq. Uzun müddətdir cavab gözlədiyiniz müraciətlə bağlı məlumat almağınız mümkündür. Maliyyə sahəsində müqavilə, ödəniş və ya borc məsələsinə yenidən baxmaq lazım gələ bilər. Sənədləri diqqətlə oxumaq sonradan yarana biləcək anlaşılmazlığın qarşısını alacaq. Sevgi həyatında qarşı tərəfin gələcəklə bağlı düşüncələri sizi təəccübləndirə bilər. Subay Buğalar özlərindən fərqli həyat təcrübəsinə malik bir insanla maraqlı ünsiyyət qura bilərlər. Günün ikinci yarısında yaxın dostunuzun verdiyi məsləhət hadisələrə başqa tərəfdən baxmağınıza kömək edəcək.
Bu həftə Buğalar üçün münasibətlərdə etibar və qarşılıqlı məsuliyyət məsələləri ön plana çıxacaq. İş həyatında birgə həyata keçirilən layihənin gedişi ilə bağlı mühüm müzakirə aparıla bilər. Bəzi Buğalar əməkdaşlıq şərtlərini dəyişmək və ya yeni tərəfdaşla işləmək barədə düşünəcəklər. Həftənin ortalarında əvvəllər razılaşdığınız bir məsələ yenidən gündəmə gələ bilər. Bu zaman mövqeyinizi sakit şəkildə izah etmək və bütün detalları nəzərə almaq faydalı olacaq. Maliyyə baxımından ortaq büdcə, kredit və ya borc məsələlərinə diqqət yetirmək lazım gələcək. Ailə üzvlərindən biri sizdən maddi dəstək istəyə bilər. Kömək etməzdən əvvəl şəxsi imkanlarınızı qiymətləndirməyiniz vacibdir. Sevgi həyatında isə münasibətlərin gələcəyi ilə bağlı söhbətlər mümkündür. Uzunmüddətli münasibətdə olan Buğalar birgə yaşayış, ailə qurmaq və ya ortaq alış-veriş barədə qərar verə bilərlər. Subay Buğalar üçün əvvəllər sadəcə dost kimi gördükləri bir insan daha maraqlı görünə bilər. Həftəsonu evdə dəyişiklik etmək, yaşayış mühitini yeniləmək və ya ailəvi tədbirdə iştirak etmək gündəmə gələ bilər. Bu həftə verdiyiniz qərarların uzunmüddətli nəticələrini düşünmək xüsusilə vacib olacaq.
Buğalar üçün noyabr sabitlik və mühüm qərarlar ayı olacaq. İş həyatında uzun müddətdir göstərdiyiniz səylərin nəticəsini görə bilərsiniz. Yeni vəzifə, əməkdaşlıq və ya iş təklifi gündəmə gələ bilər. Peşəkar münasibətlərdə səbirli davranmaq uğur qazanmağınıza kömək edəcək. Maliyyə məsələlərində ehtiyatlı olmaq vacibdir. Ev və ailə ilə bağlı əlavə xərclər yarana bilər. Böyük alış-veriş və sərmayə qərarlarında tələsməmək məsləhətdir. Sevgi münasibətlərində qarşılıqlı etibar ön plana çıxacaq. Ailəli Buğalar həyat yoldaşları ilə daha çox vaxt keçirəcəklər. Subaylar üçün isə dost çevrəsində maraqlı tanışlıq mümkündür. Ayın sonunda ailəvi görüşlər və xoş xəbərlər əhvalınızı yüksəldə bilər.
2026-cı il Buğa üçün sabitliyin yenidən qurulduğu dövrdür. İl səni dəyişikliklərə məcbur edəcək. Komfort zonasından çıxmaq lazım olacaq. Maddi məsələlərdə daha ağıllı davranacaqsan. Qənaətcil yanaşma ön plana çıxacaq. İş həyatında səbrinin qarşılığını alacaqsan. Uzunmüddətli planlar nəticə verəcək. Yeni iş təklifləri mümkündür. Qərar verməkdə tələsməyəcəksən. Ailə münasibətləri istiləşəcək. Köhnə incikliklər həll oluna bilər. Sevgi həyatında dərinlik axtaracaqsan. Səthi münasibətlər səni qane etməyəcək. Tək Buğalar üçün ciddi əlaqələr mümkündür. Münasibətlərdə güvən əsas olacaq. Duyğularını ifadə etməyi öyrənəcəksən. Susmaq yerinə danışacaqsan. Sağlamlıqda qidalanma önəmli olacaq. Bədəninin siqnallarına qulaq asacaqsan. Stressi azaltmaq vacib olacaq. Təbiətlə vaxt keçirmək rahatladacaq. Dost çevrən dəyişəcək. Səni yoran insanlardan uzaqlaşacaqsan. Öz dəyərini daha yaxşı anlayacaqsan. Özünü kiçiltməyəcəksən. Maddi təhlükəsizlik önəm qazanacaq.
Buğa bürcü 20 apreldən 21 maya qədər olan tarixi əhatə edir. Ünsürü torpaq, rəngləri sarı-limon, parlaq mavi, narıncı, yaşıl-limondur. Uğurlu daşları firuzə, göy yaqut, əqiq, opal, zümrüd, yaşıl mərmər, nefrıt. Xoşbəxt rəqəmləri 2,4,16, (və 6-ya bölünən rəqəmlər). Uğurlu günləri: bazar ertəsi, cümə, uğursuz günləri. çərşənbə axşamıdır.
Buğada təəccüblü görünən daimi qayğıkeşlik hissi var. Bir çox adamların işləri düz gətirməyəndə, xoşagəlməz hadisələr baş verəndə buğanın təklif etdiyi komfort, dünyanın ən böyük rahatlığı kimi görünür. Əlbəttə, hər şey yaxşı olanda və həyat maraqlı hadisələriə dolanda, buğa ləng və darıxdırıcı görünür.
Məsələ heç də onda deyil ki, buğa sürətlə hərəkət edə bilmir, sadəcə, o, buna cəhd göstərmır. Buğa hərəkətə başlayanda, deməli kimsə ona güclü təkan verib. Həqiqətdə daxili təminatdan doğan əmin-amanlığı axtarmasına baxmayaraq, bunun xarici dünyada əksi olan, pul, varlıqlar və insanlar arası tarazlığı xəstəlik halına gətirə bilər.Özünə məxsus olan əşyalara qarşı çox həssasdir.
Onun yaxşı zövqu var, məsələn, yeməkdən lazımınca baş çıxarır. Buğalar adətən çox yaxşı aşpaz olurlar. Ləzzətli yeməyi çox sevən Buğanın sanki gözü doymur: o arxayın olmalıdır ki, hələ ehtiyat ərzağı var və ac qalmayacaq. Həvəslə dostlarını evinə qonaqlığa dəvət edir, onları ləzzətli qidalarla yedizdirib-içizdirir.
Təsəlli, sakitlik və etibarlılıq həmişə buğanı müşayiət edir. O, səbir və qayğı ilə istədiyinə nail ola bilir. Bu bürc altında doğulanlann tərs üzü — öz mövqelərini əldən verməmək və dəyişməməkdir.
Buğa bürcü kişiləri
Onlar heç də ən temperamentli sevgililərdən deyil. Dözümlü (səbirli), lakin güclü — onun əsas keyfiyəti belədir. O, vaxtında istədiyini alacaq, heç vaxt yarı yolda geri çəkilməyəcək.
Onun ehtirasları dərhal görünrnür, ancaq qəti şəkildə sizi fəth etmək istəsə, ehtiyatlı olun! Asanlıqla ondan yaxa qurtara bilməyəcəksiniz.
Naz-qəmzə etmək mənasızdır. Buğa Zodiakın ən tərs bürcüdür. Əgər intellektuai qabiliyyəti varsa əvvəlcə inandırma, sonra isə lazım gələrsə komanda-əmr ilə istədiyinə nail ola bilir. Onlar adətən fiziki cəhətdən sağlam, qədd -qamətli olur.
Buğa bürcü qadınları
Buğa bürcü qadınları tərs və hissiyyatlıdır. Kişiləri cəlb etməkdə mahirdir. Çoxuna mühafizəkar görünə bilər, çünki gec əl verir.
Özünün potensial sevgilisini tapmaqda intuisiyasına arxalanır.Çox sentimentaldır. Ürəyindəkiləri birbaşa deyir. Təəssüratı gücləndirmək üçün başınızda qab da sındıra bilər. Öz tərsliyində o, ağılsız görünür. O, qisas almağa can atsa, təhlükəli düşmənə çevrilir. Lakin yalan və aldanışı tez aşkar edə bildikləri kimi, tərəfdaşın səmimiyyətinə də qarşılıqlı şəkildə cavab verməyə hazır olan qadın buğalar öz emosiyalarına daha çox bel bağlayırlar.
Onun çox nadir intellekt forması var: həqiqəti bilmək üçün intuisiyaya etibar edir.Qadın-Buğa praktikdir və idealizmə meyl etmir. O, platonik məhəbbətə inanmır, yalnız fiziki meyllə olan sevgini qəbul edir.Buğa qadınlar seksual tələbatın ödənməsinə normal baxırlar. Dəbdəbəsiz, lakin zövqlə geyinirlər.O həmişə tərs və inadkardır. Zahirən kövrək və köməksiz də görünə bilər, ancaq əslində belə deyil.Qadın buğa yaxşı xörək bişirir, gözəl məşuqədir, sədaqətli arvaddır və özü də xəyanəti heç vaxt bağışlamır.