XƏRÇƏNG BÜRCÜ 21 İyun - 22 İyul

Doğum cədvəlinin hesablanması

Astroloji cədvəliniz sizə nə deyə bilər?

Xərçənglər üçün bu gün duyğusal baxımdan həssas, amma eyni zamanda güclü gündür. Sizi narahat edən mövzularda həll tapmaq mümkündür. Yaxın bir dost və ya ailə üzvü sizə dəyərli məsləhət verə bilər. İşdə diqqətinizi toplasanız, rəhbərlikdən razılıq alacaqsınız. Günün sonunda sizi rahatladacaq bir an gözləyir evdə sakit atmosfer, isti çay və dərin düşüncələr.

 

Xərçəng bürcü üçün bu həftə emosional enerjilər çox güclü olacaq və iç dünyanızda dərin təhlillər aparmaq istəyə bilərsiniz. Keçmişlə bağlı bir məsələni tam bağlamaq üçün doğru vaxtdır. Əgər son vaxtlar ailə münasibətlərində gərginlik olubsa, bu həftə sakit dialoq və anlayışla hər şeyi düzəldə bilərsiniz. İş mühitində isə səbr və diplomatiya önəm daşıyır, çünki hər kəsin duyğuları bu dövrdə daha həssasdır. Həftənin sonunda romantik və isti bir atmosfer yaranacaq, sevdiyiniz insanla yaxınlıq enerjisi artacaq.

 

Xərçənglər üçün 1 oktyabr emosional və həssas bir gündür. Siz ailə və evlə bağlı məsələlərə daha çox diqqət ayıracaqsınız. Günün əvvəlində emosional dalğalanmalar sizi çaşdırsa da, intuisiyanızla doğru qərarlar verəcəksiniz. İşdə dəyişikliklər ola bilər və bu, planlarınızı bir qədər poza bilər. Maliyyə baxımından qənaətcil olmaq vacibdir. Münasibətlərdə emosiyalarınız güclənəcək və tərəfdaşla anlaşılmazlıqlar ola bilər. Kövrək davranmaq yerinə, açıq danışmaq problemi həll edə bilər. Subay Xərçənglər üçün yeni emosional tanışlıqlar mümkündür. Bu tanışlıqlar qısa müddətli olsa da, sizə dərin təcrübə verəcək. Sağlamlıq baxımından sinir sistemi və mədə həssas olacaq. İsti içkilər, sakit musiqi və istirahət faydalıdır. Günortadan sonra ailə ilə xoş söhbətlər ruhunuzu yüksəldəcək.

2025-ci ildə Xərçənglər daha çox daxili sükunət və balans axtaracaq. Bu il iş və şəxsi həyatınızda çox müsbət dəyişikliklər olacaq. İş sahəsində artan məsuliyyətlər və yeni rəhbərlik imkanları qarşısında duracaqsınız. Bu, həm peşəkar inkişafınız, həm də nüfuzunuz üçün faydalı olacaq. Eyni zamanda, iş yerində yeni imkanlarla qarşılaşacaq və daha çox tanınma əldə edəcəksiniz. Xərçənglər üçün, bu il həm də şəxsi inkişaf və yenilənmə dövrü olacaq.

Sevgi və münasibətlər: Ailə və yaxın dostlarla əlaqələrinizə xüsusi diqqət yetirəcəyiniz bir dövr olacaq. Bu il romantik münasibətlərdə daha çox dərinlik, səmimiyyət və anlayış olacaq. Əgər artıq münasibətdə olsanız, bu dövr sizin üçün yeni bir mərhələyə qədəm qoymaq üçün uyğun olacaq. Sevgi həyatınızda, həmçinin əlaqələrinizi möhkəmləndirəcək bir çox fürsətlər olacaq.

Sağlamlıq: Xərçənglər üçün sağlamlıq mövzusu çox əhəmiyyətli olacaq. Bu il sağlamlığınıza diqqət yetirmək, bədəninizə qayğı göstərmək vacibdir. Həmçinin, stressdən uzaq durmağa çalışmalısınız. Bu məqsədlə, gündəlik istirahətə və dincəlməyə daha çox vaxt ayırmalısınız. Yaxşı balanslı bir pəhriz və fiziki fəaliyyət həyatınıza çox müsbət təsir edəcək.

Maliyyə: Maliyyə sahəsində bu il yaxşı bir dövr olacaq. Gəliriniz artacaq, amma daha çox sərmayə qoyuluşu və ya investisiyaya diqqət yetirməlisiniz. Bu dövr həm də yeni maliyyə layihələrinə başlamaq üçün əlverişlidir.

Ulduzlar sistemində dördüncü yeri tutan Xərçəng bürcü təxminən iyunun 22-dən iyulun 22-nə qədər olan dövrü (31 günü) əhatə edir. Ünsürü su, planeti Ay, düşərli günü bazar ertəsi və cümə axşamı, düşərsiz günü çərşənbə axşamı və şənbə, uğurlu rəngi ağ, açıq-mavi, göy və yaşıl, uğursuz rəngi boz, uğurlu daşı rubin, zümrüd və Ay daşı, metalı gümüş, enerji verən çiçəyi jasmin, bütün ağ çiçəklər, uğurlu rəqəmi 4, 5 və 8, müxalif bürcü Oğlaq, şanslı ölkələri Türkiyə, Şotlandiya, Prussiya, Hollandiya, Suriya, Afrika, Avstraliya və Sakit okean adalarıdır.

Xərçəng bürcü altında doğulanlar utancaq, özünə qapanmış, hissiyyatlı, qaraqabaq, küsəyən və tezinciyən olurlar, bu da Xərçəngləri çox incidir, çünki qəlblərinin dərinliyində təkcə özləri barədə deyfl həm də atrafdakı insanlar barədə düşünürlar.
Xərçəng öz ailəsinə və yaxın dostlanna çox qaygıkeşlıklə yanaşır. O, kiminlə dostlaşırsa, demək olar uzun müddət, bəlkə də hamişalik bu münasibati saxlayır Xərçanglər öz doğmalarının uğurlarına sevinirlər məğlubiyyətlərinə çox kədərlənirlər. Dostiannın toylarında ağlayarlar; xəstələnəndə gecə-gündüz onlara qulluq edə bilərlər. Xərçəng ailəsinə və dostlanna ziyan vuran şəxsləra qarşı çox təcavükar olub vuruşa girişir. öz doğmasını və dostunu müdafia edandə utancaqlığını və qaraqabaqlığını bir tərəfə atır. Hücumu ən yaxşı müdafiə hesab edən Qoçlardan fərqli olaraq Xərçənglər özünümüdafiəyə üstünlük verirlər.

Xərçənglə ilk söhbətə başlamaq üçün, öncə ona məsləhət almaq məqsədilə müraciət edin. Xərçəng ürəklə, canbaşla cavab verəcək. Amma nəbadə söhbətə «mən sizi haradasa görmüşəm» — ilə başlayasız. Onların çox gözəl yaddaşları var.
Həmsöhbətiniz qadın Xərçəngdirsə uşaqlar haqqında danışın, onlar uşaqları çox sevirlər. Əgər kişi Xərçəngdirsə, onda siyasət, incəsənət və ümumi tanışlardan söhbət açın.
Xərçənglərlə səmimi söhbət zamanı onun şəxsi problemləri haqqında danışmayın. Bir anlıq onlar sizə bütün problemləri, sirləri haqqında danışa bilər. Çox keçmədən, yeni tanışla bu qədər səmimi danışdığı üçün peşman olacaq. Onun münasibəti dəyişə, o hətta sizdən yan gəzə də bilər.
Xərçənglər kolleksiya toplamağı xoşlayır. Hansı əşyaların çatışmadığım bilib, məhz ondan alsanız, Xərçəngin ürəyincə olar, ona dünyanı bağışlamış olarsız. Marka, kibrit qabı onlar üçün qızıl qədər qiymətlidir. Gümüş-zinət əşyalarım sevirlər. Mücrü də alıb hədiyyə etsəniz, siz onların ürəyini valeh etmiş olarsınız. Kişi Xərçənglər analarına qarşı çox mehriban olduğundan, siz də onlara xüsusi diqqət və ehtiram göstərin. Xərçənglərlə münasibətdə bunu da unutmayın ki, onlar laqeydliyi, diqqətsizliyi sevmirlər.

 

XƏRÇƏNG BÜRCÜ KİŞİLƏRİ
Onun qəlbinə girmək heç də asan deyil; hətta ən yaxın dostlarından da nəsə gizlədir. Yorulmazdır, qəmli fikirlərə meyllidir, idealist, sentimentalist və xəyalpərvərdir. Emosional baximdan qeyri-sabitdir; ona qalxma və enmələr, insanları ardınca hara gəidi aparmaq qabiliyyəti xasdır. Əhval-ruhiyyəsi kəskin şəkildə tez-tez dəyişir.
Kişi -xərçəngə etiraz edəndə, hətta zora da əl atır. Əgər güzəşt olunsa, özü inadkarlığına görə üzr istəyəcək. Gözəl qadınların, xüsusilə hazırcavab həmsöhbətlərin cəmiyyətində olmağı sevir. Ləzzətli yeyib-içməyi xoşlasa da geyiminə fikir vermir. Gözə girmək arzusu yoxdur.
Kəskin analitik ağlı ilə ən dolaşıq problemi həll edə bilər. Pul məsələlərindən yaxşı baş çıxarır, lakin ənənəvi yolla qazanmağa üstünlük verir. Risk etməyi xoşlamır. Xərçəng keçmişə çox bağlıdır. Mühafizəkardır. Həyatdakı dəyişikfiklərdən qorxur və onlara müqavimət göstərir. Ötən günləri tez-tez xatırlayaraq kədərlənir. Belə bir kişi ilə sevgi heç də asan başa gəlmir. Sevgiyə ciddi yanaşan Xərçəng qadından həm zehni, həm də fiziki mükafat gözləyir. Sədaqətli sevgilisi ilə münasibətlərin uzunmüddətli və daimi olacağına inanır. Evi, ailə ocağını sevir.

 

XƏRÇƏNG BÜRCÜ QADINI

Xərçəng üçün ev hər şeydən qiymətlidir. O, əla aşpazdır və heç kim onun evindən ac yola salınmaz. Soyuducusu həmişə ərzaqla doludur. Xəsis deyil, ağır günü üçün pul yığmır. Hətta bədxərcdir. Qiybətçi deyil. Sözgəzdirənliyi də yoxdur: ona hər şeyi danışmaq olar. Sirr saxlayandır, özü də gözəl söhbətcildir. Dostlarına və seçdiyi kişiyə etibarlıdır. Sevgisindən də bölünməz məhəbbət gözləyir. Tamamilə özünü sevgiyə həsr edə bilmir, son dərəcə cazibədardır; sadəliyi, məlahəti və problemlərə ürək yanğısı ilə kişiləri cəlb edir. Onu fəth etmək üçün mütləq qızılgül, şam, şampanski və lirik şerlərdən istifadə olunmalıdır. O, məhəbbətdə seksdən daha çox şey axtarır; ev, uşaqlar, sabit münasibətlər...