TƏRƏZİ BÜRCÜ 23 Sentyabr - 22 Oktyabr

Doğum cədvəlinin hesablanması

Astroloji cədvəliniz sizə nə deyə bilər?

Gün tanışlıq və sosial ünsiyyətlər üçün əlverişlidir. Müzakirələr, sövdələşmə və layihələrdə iştirak etmək üçün yaxşı şanslar var. Yeni insanlarla əlaqə yaratmaq sizin üçün faydalı olacaq. Sevgi həyatında da diqqət çəkən anlar ola bilər. Bugünkü enerjiniz sizi daha ünsiyyətcil və cazibədar edəcək. Köhnə dostlarla yenidən görüşmək imkanı yaranacaq. Yeni əlaqələr uzunmüddətli dostluqlara çevrilə bilər. Sənət və gözəlliklə bağlı fəaliyyətlərdən zövq alacaqsınız. Axşam romantik görüşlər üçün mükəmməldir.

Bu həftə ünsiyyət və əməkdaşlıq sənə uğur gətirəcək, komanda işində aktiv iştirak etmək münasibətləri gücləndirəcək. İş həyatında və ya təhsil prosesində yeni layihələrdə iştirak etmək şansı yaranacaq. Sevgi münasibətlərində açıqlıq və qarşılıqlı hörmət önəmli rol oynayacaq. Maddi sahədə xırda uğurlar səni sevindirəcək. Sosial tədbirlərdə iştirak etmək yeni dostluqlar və ya faydalı əlaqələr qurmaq imkanı verəcək. Həftənin ortasında balans tapmaq üçün dincəlməyə vaxt ayırmaq vacibdir. Emosional vəziyyətini sabit saxlamaq üçün meditasiya və ya sakit musiqi kömək edəcək. Ailə ilə münasibətlərin daha da möhkəmlənə bilər. Özünü ifadə etmək və yaradıcılığını göstərmək üçün əlverişli həftədir. Həftəsonu romantik və xoş bir görüş səni gülümsədə bilər.

 

Tərəzi bürcü üçün Sentyabr ayı karyera və sosial əlaqələr baxımından yüksəliş dövrü olacaq. Ay tutulması bəzi gizli məsələləri aydınlaşdıracaq və sizə yeni bir perspektiv qazandıracaq. Günəş tutulması isə iş həyatınızda mühüm dəyişikliklərə səbəb ola bilər. Ayın ortalarında yeni tanışlıqlar və əməkdaşlıqlar gündəmə gələ bilər. Sosial dairənizdə nüfuzunuz artacaq və insanlarla daha sıx ünsiyyət quracaqsınız. Karyera sahəsində yeni vəzifə və ya məsuliyyət ala bilərsiniz. Maddi baxımdan isə sabitlik qorunacaq, hətta gəlir artımı mümkündür. Romantik münasibətlərdə dərinləşmə və qarşılıqlı anlaşma artacaq. Ayın ortasında ailə ilə bağlı sevindirici bir xəbər ala bilərsiniz. Sağlamlıq baxımından enerjiniz yüksək olacaq. Ay boyunca özünüzü daha motivasiyalı hiss edəcəksiniz. Peşəkar bacarıqlarınızı göstərmək üçün çoxlu fürsətlər yaranacaq. Uğurlarınız ətrafınızdakı insanlar tərəfindən qiymətləndiriləcək. Ayın sonuna doğru yeni bir layihəyə başlaya bilərsiniz. Səyahət və ya təlim proqramı gündəminizə gələ bilər. Ayın son günlərində mühüm bir görüş həyatınıza müsbət təsir edə bilər. Sentyabr ayı sizin üçün həm iş, həm də şəxsi həyat baxımından dəyərli olacaq.

2025-ci ildə Tərəzi bürcü böyük bir yenilənmə və dəyişiklik dövrü yaşayacaq. Bu il, həm şəxsi həyatınızda, həm də karyeranızda müsbət və uzunmüddətli inkişaflar gözlənilir. Peşəkar sahədə irəliləyişlər və yeni əməkdaşlıqlar meydana çıxa bilər. Tərəzilər bu il özlərini daha çox güclü hiss edəcəklər və bu, yeni məqsədlərə çatmaq üçün motivasiya yaradacaq. Yeni layihələr və əməkdaşlıqlar iş həyatında daha çox tanınma və liderlik imkanları gətirə bilər.

Sevgi və münasibətlər: 2025-ci ildə Tərəzilərin sevgi həyatında sabitlik və qarşılıqlı anlaşma ön planda olacaq. Əgər münasibətdə olsanız, daha dərin əlaqələr qurmaq və emosional olaraq bir-birinizə yaxınlaşmaq istəyəcəksiniz. Bu il, münasibətlərinizdə sədaqət və anlayış ön planda olacaq. Tərəzilər həm də yeni tanışlıqlar və əlaqələr qurmağa açıq olacaqlar. Əgər yalnızsanız, çox ehtimal ki, həyatınızda yeni və maraqlı bir insanla tanış olacaqsınız. Bu tanışlıq sizə dərin və anlamlı bir əlaqənin başlanğıcı ola bilər.

Sağlamlıq: Sağlamlığınıza daha çox diqqət ayırmalısınız. İş həyatınızdakı stress və gərginliklər bədəninizə təsir göstərə bilər. Bu il məşqlər və sağlam qidalanma rejimi sizin üçün çox faydalı olacaq. Zehni sağlamlıq da böyük əhəmiyyət kəsb edir, çünki zaman-zaman daxili narahatlıq və stresslə üzləşə bilərsiniz. Yoga, meditasiya və rahatlama texnikaları stressi idarə etməyə kömək edəcək.

Maliyyə: Maliyyə sahəsində bu il, gözlənilməz gəlir mənbələri və yeni qazanc imkanları ortaya çıxa bilər. Lakin, hər hansı bir maliyyə qərarını verərkən ehtiyatlı olmalı və hər şeyin uzunmüddətli faydalarını düşünməlisiniz. Tərəzilər bu il böyük sərmayə qərarları qəbul etməməli və hər hansı bir maliyyə riskini diqqətlə qiymətləndirməlidirlər.

Tərəzilər yüksək intellektə malikdirlər. Onların diqqətini çəkmək üçün öz müsbət xüsusiyyətlərinizi göstərin. İncəsənətlə bağlı bütün söhbətlərdə aktiv iştirak edirlər. İstər mövzu rəsm sərgisindən, ya da filmdən düşsün, öz fikrinizi mütləq söyləyin. Görəcəksiniz ki, sizin fikriniz onların fikirləri ilə üst-üstə düşür.

Tərəzi ilə yaxından tanış olmaq üçün ilk görüşünüzdə onu konsertə və ya teatr tamaşasına dəvət etsəniz yaxşı olar. Seçimdə diqqətli olun, Tərəzi klassikanı çox sevir. Ona görə də, seçdiyiniz sənət əsəri mütləq bu stildə olmalıdır.
Oxuduğunuz kitablar haqqında danışın. Poeziyanı çox sevdiyindən öz aktyorluq sənətinizə, şeir demək qabiliyyətinizə inamınız varsa, əzbər bildiyiniz şeri söyləyə bilərsiz. Bu onların ürəyincə olacaq.
Şeir yazıb-yazmadığını soruşun. Əgər yazıbsa, onda söyləməsini xahiş edin. Şeir ürəyinizcə olmasa da yenə tərifləyin.
Kompliment söyləməyi unutmayın, amma eyniliyə yol verməyin. Əgər dünən gözəlliyini tərifləmisinizsə, bu gün onun ağlına və istedadına heyran olduğunuzu söyləyin.
Tərəzi zövqlə seçilən bahalı hədiyyələri sevir. Ailə münasibətlərində Tərəzilər dava-dalaşdan, söz-söhbətdən qaçırlar. Siz də buna cəhd etməyin.
Onlar başqalarından fərqli olaraq, çox vaxt güzəştə gedirlər və ailə problemlərini özləri düzüb-qoşurlar. Bunu nəzərə alın ki, Tərəzi evdə təmizliyi, sakitliyi, rahatlığı sevir. Evdə canlı gülləri saxlamağı unutmayın. Kişi Tərəzi və qadın Tərəzi uşaqlarını çox sevir. Ailəsinə, uşaqlarına görə hər şeydən keçirlər. İşdə, kollektivdə həmişə hamı ilə mehriban dolanırlar.

 

TƏRƏZİ BÜRCÜ KİŞİLƏRİ

O, Tərəzi bürcü altında doğulduğuna görə harmoniya və tarazlığa can atır. Onun həssas xarakteri ətrafdakı qayda-qanun və sakitlikdən xoşbəxt olur. Adətən idmanla məşğul olmağı çox da sevmir; atletik qədd-qamətl yoxdur, daha çox stolüstü oyunlarla rnaraqlanır.
Yaxşı həmsöhbətdir- Xeyirxahdır, ədalət hissilə hər şeyə bərabər yanaşır. Nəzakətlidir, diplomatikdir, yumoru əla başa düşür. Xaraktercə sülhsevər olsa da ədalət uğrunda vuruşa qadirdir.Bizneslə əla məşğul olur. İnstinktiv şəkildə kompromislərə meyl edir, konfliktli tərəfləri barışdırmağa can atır Onun gözəl intuisiyası var; onu aldatmağa çahşmayın, hər şeyi görə bilir. Bununla belə, insanı başa düşməyə çalışır; öz şəxsi sevgi və meyllərini göstərmədən tutduğu mövqedə dayanır. Həddən artıq emosionallıq göstərmir; dava-dalaşı və oyunbazlıqları xoşlamır. Kişi
tərəzi memarlığı, rəssamlığı, musiqini və qadınları sevir- Gözəllik vurğunudur. Qadınlarla rəftarı bacarsa da, son məqamda, axırıncı addımda çətinlik çəkir, çünki ifrat dərəcədə hər şeyi götür-qoy edir, ölçüb-biçir. Hər sev ideal olmmalıdır. Kişi tərəzi yataqda öztərəfdaşını tam təmin etməyə can atır. Onun fikrincə, seksual akt hər ikisinə məmnunluq gətirməlidir. Tərəzi kişilər tərif və yaltaqlığı xoşlayırlar, belə hallara yaxşı reaksiya verirlər. Lakin emosionallıqdan zəhlələri gedir. Qadının çığır-bağırına, oyunbazlığına dözmür, öz istədiklərinə nail olurlar. Tərəzi erkən yaşından qızlarla maraqlanır. Yaxşı geyimli, uzun saçlı, qalın dodaqlı qadınlara qarşı zəifliyi var.

 

 

TƏRƏZİ BÜRCÜ QADINLARI

Bu bürc altında doğulan qadınlar öz gözəllikləri və üzlərinin zərif dəriləri ilə məşhurdurlar. Onlar instinktiv şəkildə incə şeyləri hiss edirlər. Gözəlliyin bütün təzahürlərindən zovq alırlar. Otaqları, yaşayış yerləri bər-bəzəkli və qəşəng olur.
Bu zəriflik kişilərə münasibətdə də özünü göstərir; onu müşayiət edən kişi gərək barmaqdakı brilyant kimi olsun. Elə görünür ki,
tərəzi öz gözəlliyinə baxıb zövq alır; ancaq əslində özünütənqid onda çox güclüdür. O, yüksək standartlar üzrə özündə düzəliş və dəyişikliklər etməyə hazırdır; elə ona görə də bu qadın gözəl hesab olunur. Tərəzi qadınlar qeyri-sabitdirlər, hər hansı bir cəlbedici kişilə flirt yara bilərlər. Onların sevgisi dərin deyil. Tərəzi qadına əmr etməyə cəhd göstərməyin. Qulaq asmayacaq. Təkid etsəniz, daha böyük inadkarlıqla üzləşəcəksiniz. Nəvazişkar sözlər və inandırma – onun neqativ münasibətini aradan qaldırmağın yeganə yoludur. Son dərəcə qadınlıq məlahətilə yanaşı, ağlı, bəlagəti, fəallığı var. Çətin vəziyyətə düşərkən tamamilə köməksiz ola bilər; passiv şəkildə oturub kor kimi kömək gözləyəcək. O, gözəldir, hərtərəflidir və qəsdən, şüurlu şəkildə şirnikləndiricidir.