QIZ BÜRCÜ 23 Avqust - 22 Sentyabr

Doğum cədvəlinin hesablanması

Astroloji cədvəliniz sizə nə deyə bilər?

Qız: Bu gün çox diqqətli olmalı və ətrafınızdakı insanlara qarşı daha anlayışlı və həssas yanaşmalısınız. Hisslərinizin dərinliyi artacaq və bu da bəzən qarışıqlıq yarada bilər. Ancaq bu vəziyyətin müsbət tərəfləri də var. İş həyatınızda yeni imkanlar gözlənilir, lakin həssas və diqqətli addımlar atmalısınız. Şəxsi həyatınızda isə özünüzü daha çox anlamağa çalışın və başqa insanlardan gələn müsbət rəylərə açıq olun. Əgər münasibətlərdə gərginlik varsa, bu gərginliyi azaltmaq üçün daha çox səbrli və anlayışlı olmağınız lazım olacaq. Bəzi fikirlərinizin mübahisəyə səbəb olmasına imkan verməyin.

Qız: Bu həftə, Qız bürcünün nümayəndələri üçün çox məhsuldar bir dövr olacaq. İş həyatında daha çox təşkilatlanmaq və işləri nizama salmaq lazımdır. Yeni planlar quraraq irəliləmək və əhəmiyyətli qərarlar vermək zamanıdır. Ancaq çox çətinləşən məsələlər qarşısında soyuqqanlı olmağa çalışın. Şəxsi həyatda isə duyğusal və romantik həyatınızda aydınlıq əldə edəcəksiniz. Öz hissləriniz və əlaqələrinizlə bağlı daha çox açıq fikirli olun. Yaxın ətrafınızdakı insanlarla daha çox ünsiyyət qurmaq sizi daha rahat hiss etdirəcək. Həftə ərzində yaxınlarınızla birlikdə yeni xatirələr yaratmaq üçün yaxşı bir fürsət olacaq.
 

Bu ay Qız bürcünü karyera və şəxsi inkişaf sahələrində əhəmiyyətli dəyişikliklər gözləyir. İş həyatınızda yeni təkliflər və irəliləyişlər olacaq. Bu dövr, yeni layihələrə başlamaq və ya mövcud işinizi inkişaf etdirmək üçün çox əlverişli olacaq. Həmçinin, öz bacarıqlarınızı daha çox nümayiş etdirmək istəyəcəksiniz. Romantik münasibətlərdə isə, tərəfdaşınızla daha çox yaxınlıq və anlaşma istəyə bilərsiniz. Ancaq, bəzən çox sərt və tələskən ola bilərsiniz, bu da bəzi anlaşmazlıqlara səbəb ola bilər. Ailə və dostlarla daha çox vaxt keçirmək və onları dəstəkləmək sizə güc verəcək. Sağlamlıq məsələlərində isə, özünüzə daha çox vaxt ayıraraq dinclik tapmaq, gərginliyi azaltmaq və balanslı bir həyat sürmək vacibdir.

2025-ci ildə Qız bürcü şəxsi inkişaf və karyera sahəsində əhəmiyyətli irəliləyişlər yaşayacaq. Bu il sizin üçün daha çox uğur, tanınma və artan məsuliyyətlər gözlənilir. Peşəkar həyatda yeni layihələr, rəhbərlik imkanları və fərdi təşəbbüslər ön plana çıxacaq. Həmçinin, bu il daha çox özünüzü tapmaq, yeni biliklər əldə etmək və şəxsi inkişaf üçün geniş imkanlar olacaq.

Sevgi və münasibətlər: Romantik həyatda sabitlik axtaracaqsınız. Əgər artıq bir münasibətdə olsanız, əlaqənizi daha dərindən inkişaf etdirmək istəyəcəksiniz. Yaxın münasibətlərdə səmimiyyət və qarşılıqlı anlayış vacib olacaq. Münasibətlərinizdə sadiqlik və bağlılıq ön planda olacaq. Yeni tanışlıqlar və münasibətlər də mümkündür, amma hər şeyin əsasında dürüstlük dayanacaq.

Sağlamlıq: Bu il sağlamlıq mövzusunda diqqətli olmalısınız. Zehni stress və iş yükü sizi yoracaq, buna görə də istirahətə daha çox vaxt ayırmalısınız. İdman və sağlam qidalanma həyatınıza müsbət təsir edəcək. Öz sağlamlığınızla bağlı qərarlarınızda diqqətli və məsuliyyətli olmalısınız.

Maliyyə: Maliyyə sahəsində bu il daha yaxşı nəticələr əldə edəcəksiniz. Əlavə gəlir imkanları və yeni sərmayə qoyuluşları mümkündür. Bəzi gözlənilməz qazanc imkanları ortaya çıxa bilər. Lakin, əhəmiyyətli maliyyə qərarlarında diqqətli olmalısınız.

Ulduzlar sistemində 6-cı yeri tutan Qız bürcü təxminən avqustun 24-dən sentyabrın 23-nə qədər (30 gün) olan dövrü əhatə edir. Bu bürcdə doğulan şəxslər ciddi və ləyaqətlidirlər. Təvazökarlıq onların xarakterinin ən gözəl xüsusiyyətidir. Qızın çox gözəl davranış qaydaları vardır. Onlar özlərini məclislərdə, cəmiyyət qarşısında əsl xanım və ya cənab kimi aparırlar.
Qız bürclü şəxslərlə özünüzü səmimi, olduğunuz kimi aparın. Qız yalanı, qeyri-səmimiliyi sevmir. Onların xoşuna gəlmək üçün hisslərlə yox, ağılla hərəkət edin. Onlara göstərin ki, siz praktikliyi, düzgünlüyü həyatda hər şeydən üstün tutursuz.
Onları bahalı restorana dəvət etməyin, çünki q
ız artıq pul xərcləməyi sevmir. Əgər keçirdiyiniz məclislər evdədirsə, onda çoxlu adamlar, tanışlar çağırmayın. Hamının gözü qarşısında ona kompliment söyləməyin.
Əgər görüşə çağırdığınız şəxs
qız bürclü qadındırsa, ona qarşı çox diqqətli, nəzakətli olun. Qeyri-adi gözəl davranış qaydaları ilə onun ürəyinə yol tapın.
Söhbəti əsasən ondan məsləhət almaq üçün açın, guya siz hansısa bir məsələyə dair nə qərara gələcəyinizi bilmirsiz. Qız bürclü insanlar məsləhət verməyi sevirlər.
Onlar öz sağlamlığına qarşı çox diqqətlidir. Onunla rasional qida haqqında danışa, idman və sağlamlıq jurnallarından söhbət aça, yeni məqalələr haqqında məlumat verə bilərsiz.
Onlara qarşı diqqətli olun. Təyin etdiyiniz vaxtdan gec olmayaraq görüşə getməyi unutmayın. Görüşə gecikmək yarımçıq adamların işidir.
Qız bürclü şəxs seçdiyi insana hörmətlə yanaşır. Siz də ona qarşı elə olun. Yadda saxlayın ki,
qız bürclü insanlar realistdirlər. Ona görə də, boş yerə vəd verməyin. Qıza ən böyük hədiyyə kitabdır. Oxumağı, mütaliə etməyi sevdiyindən bağışladığınız hər bir kitab onun üçün ən əziz xatirədir.


QIZ BÜRCÜ KİŞİLƏRİ

Qız bürcündə doğulan kişi; Varlı da olsa, daim çalışsa da yenə pul istəyir. Onun sərvətə hörməti böyükdür. Dolayısıyla, zəngin və imkanlı qadınlar onun diqqətini çəkir. Bu kişi sevgidən qorxar. Bu məsələdə məğlub olmadığı bir utancaqlığı var. Onunla evlənmək istəyirsinizsə əvvəl dost olmalısınız. Praktikdir, onun analitik ağlı risk ehtimalını hesablayır. O, bir səhvi iki dəfə etmir. Hesab edir ki, insanlar onun qaydaları üzrə yaşamalıdırlar; ona görə də hər şeyə tənqidi yanaşır. Bu isə dost və sevgili qazanmaq prosesinə mane olur. Bundan əlavə, Qız kimliyindən asılı olmayaraq heç kəsə yaltaqlanmağa özünü məcbur edə bilmir.Subayların çoxusu bu bürc altında doğulub. Onlar öz işiərinə o qədər aludə olurlar ki, sevgi macəraları barədə düşünməyə vaxtları qalmır. Əla işçidir. Öz xarici görkəminin qayğısına qalır. Lakin əsəbi temperamenti var, ətrafı və mühiti sakit olsa, özünü yaxşı cəhətdən tam göstərə bilir. Kişi-Qız həddən artıq təkid eyləyən deyil; gözləyər ki, qadın onu yatağa dəvət etsin. Qadınların dalınca düşən deyil, istəyir ki, onun arxasınca ov etsinlər. Uzun müddətli münasibətdən sonra, qadınla uyğunlaşır və ona öz təklifini bildirir. Bu da ki, çox götür-qoydan sonra baş verir. Ancaq qadına romantika lazımdırsa, bunu onun özü yaratmalıdır. Öz növbəsində Qız öz sevgilisi qadına təhlükəsizlik və sədaqət vəd edir. Boş vaxtını bağda və ya mütaliə ilə keçirməyə üstünlük verir.

 


QIZ BÜRCÜ QADINI

Qız bürcü qadınının həyatında, gözəlliyin və hisslərin yeri böyükdür. Hər şeydən əvvəl Qız bürcü qadını evinə çox düşkündür. Evi çəkib çevirməkdən zövq duyur. Ağıllı və məntiqli olduğu üçün bunda heç bir çətinlik çəkməz. Evi hər zaman səliqəli və zövqlüdür. Dostluğa və yoldaşlığa çox əhəmiyyət verir. Ətrafı daim insanlarla doludur. Çünki çıxışı və ağıllı sözləri sayəsində insanları özünə birləşdirməyi bilir. Zaman içində tənqidçi olmasına baxmayaraq hər kəsi olduğu kimi qəbul edir.O, ciddi və ləyaqətli qadındır. Təvazökarlıq fitri keyfiyyətidir və heç vaxt öz nailiyyətləri ilə lovğalanmır. Cözəl maneraları var, özünü əsl xanım kimi aparır. Lakin qabaqcadan düşünülmüş situasiyalarda sizə elə sözlər deyər ki! Bu vaxt özünüzü qoruyun. O, özünü təkmilləşdirməyə inanır və öz vəziyyətini yaxşılaşdırmaq üçün çox çalışır. Ədəbiyyat və incəsənətlə maraqlanır.
Səxavətli, səbirli və xeyirxahdır, lakin eyni zamanda məqsədyönlü, soyuq və rasionaldır; həmişə ürəyinə deyil, idrakına qulaq asır. Hər hansı bir yolu seçsə, heç kim onu bu yoldan döndərə bilməz. Enerjisi iki-üç qadına bəs edər. O, kişinin nə istədiyini bilir. Yaxşı analitikdir. Məqsədi praktik və realdır.
Ərə gec gedir. Əla evdarlığı var. Gözəl ana (hərçənd ki, bir az ciddi də ola bilər) və maraqlı həyat yoldaşıdır. Seks onu sadəcə bir həzz kimi deyil, nəsli davam etdirmək nöqteyi — nəzərdən maraqlandırır. Bir qayda olaraq ahıl yaşlarına qədər yaxşı qalır. Kiçik məclisləri xoşlayır, qeyri-adi dərəcədə səliqəlidir. İntellektual oyunları asanlıqla həll edir. Özünün ideallaşdırdığı kişiyə, onun xəyalındakı obrazına sədaqətlidir, ancaq emosiya və duyğularınıgizlədir. Kişinin gəlbinə yol tapa bilir, vəziyyətin ağasına çevrilməyi bacarır.