Doğum cədvəlinin hesablanması
Astroloji cədvəliniz sizə nə deyə bilər?
Bu gün gələcəklə bağlı bir fikir sizdə ciddi motivasiya yarada bilər. Uzaq məsafədən gələn xəbər və ya kənar təsir planlarınızı genişləndirə bilər. Köhnə suallara cavab axtarmağı dayandırıb hərəkətə keçmək ehtiyacınız güclənəcək. Axşam azadlıq hissi ilə tənhalıq sizə ən uyğun seçim kimi görünəcək.
Oxatanlar bu həftə motivasiya, ümid və genişlənmə enerjisi yaşayacaq. Gələcəklə bağlı fikir və planlar daha aydın olacaq. Yeni biliklər, kurslar və ya səyahət planları gündəmə gələ bilər. İş mühitində hədəflərinizə yaxınlaşmaq üçün lazımi dəstək ala bilərsiniz. Sevgi həyatında açıq və səmimi yanaşma münasibətləri dərinləşdirəcək. Həyat eşqiniz artdığı üçün sevdiyiniz insanla birlikdə aktiv zaman keçirmə ehtimalı var. Maliyyədə perspektivli imkanlar yarana bilər, lakin ehtiyatsız riskdən qaçmaq daha yaxşıdır. Həftə sonu açıq hava və fiziki aktivlik sizi ruhən gücləndirəcək.
Oxatan bürcləri üçün noyabr ayı genişlənmə, səyahət və şəxsi inkişaf ayıdır. Yeni biliklər əldə etmək, yeni kurslara yazılmaq və fərqli insanlarla əlaqə qurmaq istəyiniz artacaq. İş sahəsində yeni imkanlar üzə çıxacaq və özünüzü daha azad hiss edəcəksiniz. Maddi sahədə sabitlik olsa da, səyahət və təhsil üçün xərclər arta bilər. Sevgi həyatında azadlıq ehtiyacı və romantik enerjiniz yüksələcək. Sağlamlıqda isə fiziki aktivlik və açıq hava fəaliyyətləri sizin üçün faydalı olacaq.
2025-ci il Oxatan bürcü üçün iş, karyera və şəxsi həyatla əlaqədar çox müsbət inkişaflarla dolu olacaq. Bu il, öz məqsədlərinizə çatmaq üçün mükəmməl bir zaman olacaq. Öz biliklərinizi və bacarıqlarınızı iş həyatında daha çox nümayiş etdirəcək və bu sizə yeni iş təklifləri və inkişaf imkanları gətirəcək. Karyera yolunda yüksəlişlər və tanınma olacaq. İşinizin təqdim etdiyi imkanlardan tam şəkildə yararlanmalısınız. Həm də bu il, iş həyatınızla əlaqədar çox yaxşı fürsətlər açılacaq.
Sevgi və münasibətlər: Romantik münasibətlərdə yeni başlanğıclar və dərin əlaqələr ola bilər. Oxatanlar bu il sevgi həyatlarında sabitlik və uzunmüddətli münasibətlər axtaracaqlar. Bu il, keçmişdəki münasibətlərdən öyrəndiklərinizdən istifadə edərək, yeni və daha sağlam əlaqələr qura bilərsiniz. Həmçinin, bu il mövcud münasibətlərdə daha çox dəstək və anlayış olacaq.
Sağlamlıq: Sağlamlığınızda bu il müsbət dəyişikliklər olacaq. Fiziki və zehni sağlamlığınızı qorumağa xüsusi diqqət etməli və bədəninizə yaxşı baxmalısınız. Bu, məşq etmək, sağlam qidalanmaq və streslə mübarizə aparmaqla mümkün olacaq. Zehni sağlamlıq da ön planda olacaq, çünki stressli vəziyyətlərdən uzaq durmağa çalışmalısınız.
Maliyyə: Maliyyə sahəsində yaxşı bir dövr gözlənilir. Gəlirinizdə artım olacaq və sizə mükəmməl fürsətlər təqdim olunacaq. Bu il, maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün əlavə gəlir mənbələri tapmağınız mümkündür. Amma, riskli sərmayələrdən uzaq durmaq daha yaxşı olacaq.
Ulduzlar sistemində 9-cu yeri tutan bu bürc təxminən noyabr ayının 23-dən başlayaraq dekabrın 21-nə qədər (29 gün) davam edir. Ünsürü od, planeti Yupiter, uğurlu günü cümə axşamı, uğursuz günü şənbə, düşərli rəqəmi 5, numeroloji rəqəmi 9, uğurlu çiçəyi nərgiz, enerjisini artıran ağacı tut və ağcaqayın, metalı qurğuşundur. Oxatanla tanış olan zaman ilk söhbəti heyvanlar haqqında başlasanız yaxşı olar. Oxatan evində it saxlamasa da, onlar haqqında çox maraqlanır. Cəngəllik qanununun cəmiyyətdə işləməsini, yırtıcılarla zəiflərin təması məsələsini açıqlayın. İlk görüşü açıq havada təyin etsəniz yaxşı olar.
Oxatanlar hədiyyə almağı çox sevir. Bunun üçün çox pul xərcləmək lazım deyil. Bu bürcün sahibləri elə insanlardır ki, hədiyyənin bahalı və ucuz olması yox, sizin ona diqqətiniz üçün vacibdir.
Oxatanlar çox ünsiyyətcildirlər. Onların dünya görüşü çox geniş olduğundan, hər barədə söhbət etmək olur. Lakin laqeyd və passiv həmsöhbətdən tez bezirlər.
OXATAN BÜRCÜ KİŞİLƏRİ
Onunla elə ilk görüşdə siz həyati gücünüzün artdığını hiss edəcəksiniz. O, şəndir, füsunkardır, hazırcavabdır. Və sizə elə gələcək ki, siz onun ömründə rast gəldiyi ən cazibədar qadınsınız.
Özünüzü aldatmayın. Diqqətlə fikir versəniz, görərsiniz ki, o otaqdakı hər bir qadını müşahidə edir və həqiqət budur ki, hamısını istəyir.
Gözəl bir qadın içəri girsə, ona yaxınlaşıb tanış olacaq. Sonra isə telefon zəngləri, güf-çiçək, konfet və digər hədiyyələr ilə onu üzəcək.
Romantik əlaqələrdə o, idealistdir və befə hesab edir ki, növbəti qadın onun yeganəsi olacaq. Nə qədər məyus olsa da, optimizm azalmır; hər gün özü ilə yeni imkanlar gətirə bilər.
Kişi oxatan sentimentaldır, çox həssas ürəyi İstəyir ki, dərin sevgiylə vurulsun, ancaq əlaqələrində ehtiyatlıdır. Heç bir əlaqəsi uzun müddət davam etmir çünki təbiətən boş yerdə özü üçün problem yaradır. Qısqanc qadınları sevmir. Sıx münasibətlərə hazır deyil, sevgiyə çox yüngüf yanaşır. Elə ona görə də təcrübəli qadınlarla əlaqəyə üstünlük verir, çünki onlar da sevgini oxatan kimi yüngülcəsin ə qəbul edirlər. Sevgidə üzərinə heç bir öhdəlik götürmür. Heç vaxt nə istədiyini aydın şəkildə anlamır.
Oxatan kişilər açıqürəkli və söhbətcildirlər. Dostu və sevgilisini başa düşməyə çalışırlar. Hər şeyə qarşı həssasdır, kamilliyə can atır, sevdiyi şəxsdən tam mənəvi uyğunluq tələb edir.
OXATAN BÜRCÜ QADINLARI
Qadın oxatan sevgili seçməkdə bir o qədər də tələbkar deyil; kişi onu müəyyən bir cəhəti ilə cəlb edə bilər və mümkündür ki, Oxatan qadın arzuedilməz keyfiyyətlərə heç diqqət kəsilməsin. Lakin o, dərin emosional meylə qadir deyil və romantik əhval-ruhiyyənin şıltaqlarına uymağa hazırdır. Eyni zamanda əgər əlaqə puça çıxsa, buna fəlsəfi baxımdan yanaşacaq. Bir müddətdən sonra yeni sevgili peyda olacaq — elə isə ruhdan düşüb məyus olmağa dəyərmi? Sevgi oyunlarında qumarbazdır. O, şöhrətpərəst, açıq ürəkli və səxavətlidir. Xeyirxah və azadlıqsevərdir. Heç kim onun səyahətinə mane olmamalıdır. Oxatan qadınlara daimə rəngarənglik və ilham mənbəyi zəruridir. Təklikdə xoşbəxt ola biimirlər; gərək ətrafdakılar ilə öz səadətini bölüşsünlər. Oxatan bürcü altında doğulan qadın çox ümidləri verən tərəfdaş ilə seksə razılıq verər, lakin onu daha çox dostluq və romantik sərgüzəştlər maraqlandırır.