OĞLAQ BÜRCÜ 22 Dekabr - 19 Yanvar

Doğum cədvəlinin hesablanması

Astroloji cədvəliniz sizə nə deyə bilər?

Bu gün məsuliyyət mövzusu üstünlük təşkil edir və kimlərsə sənin üzərinə əlavə yük qoymaq istəyə bilər. Pul və iş əlaqəli danışıqlarda ehtiyatlı olmaq gərəkdir. Gizli qalan bir təklif və ya məlumat gündəminə gələ bilər və bu səni strateji düşünməyə məcbur edəcək. Duyğusal tərəfi gizlətmək özünü güclü göstərsə də içində yorğunluq yaradacaq. Günün sonunda isə öz dəyərlərindən taviz verməmək səni gücləndirəcək.

 

Oğlaqlar üçün bu həftə məsuliyyətli, amma uğurlu keçəcək. İşdə səbr, prinsipiallıq və planlı yanaşma sizi irəli aparacaq. Həftənin ortasında sizi sevindirəcək bir razılıq və ya maddi mükafat ola bilər. Əgər uzun müddətdir bir məqsəd uğrunda çalışırsınızsa, bu həftə onun nəticələrini görəcəksiniz. Lakin şəxsi münasibətlərdə bir qədər soyuqluq yarana bilər ünsiyyət vacibdir. Maddi baxımdan sabitlik dönəminə girirsiniz. Sağlamlıqla bağlı enerjiniz bir az aşağı düşə bilər, amma istirahət və yuxu sizi bərpa edəcək. Həftə sonu evdə və ya sakit mühitdə vaxt keçirmək ruhunuzu rahatladacaq. Oğlaqlar üçün bu həftə əsas mesaj hər zəhmət sonda mükafatlanır.

Oğlaqlar üçün 1 oktyabr ciddi planlaşdırma və məsuliyyət günü olacaq. Siz hər şeyi addım-addım düşünəcək və uzunmüddətli hədəflərə yönələcəksiniz. İş həyatında səbr və nizam-intizam uğur gətirəcək. Bu gün rəhbərlikdən dəstək almaq şansınız var. Maliyyə məsələlərində qənaətcil davranış sizi qoruyacaq. Əlavə gəlirlər gözlənilməsə də, sabitlik sizi rahatladacaq. Münasibətlərdə isə tərəfdaşınızdan diqqət və anlayış görmək istəyəcəksiniz. Əgər emosiyaları sərt şəkildə ifadə etməsəniz, münasibətiniz möhkəmlənəcək. Subay Oğlaqlar üçün tanışlıqlar daha çox iş və ya təhsil mühitində baş verə bilər. Ailə üzvləri ilə ünsiyyətdə məsuliyyət və qayğı göstərmək vacib olacaq. Sağlamlıq baxımından yorğunluq ola bilər, buna görə istirahət və düzgün qidalanmaya diqqət edin. Günün dərsi səbr və planlılıqla irəliləməkdir.

2025-ci ildə Oğlaq bürcü özünü şəxsiyyət və karyera inkişafında böyük dəyişikliklərə hazır hiss edəcək. Bu il, həm şəxsi həyatınızda, həm də iş həyatınızda böyük irəliləyişlər gözlənilir. Oğlaqlar bu il öz potensiallarını daha yaxşı dərk edəcəklər və yeni iş təklifləri və layihələrlə qarşılaşacaqlar. Xüsusilə iş sahəsində, müsbət dəyişikliklər və yüksəlişlər olacaq. Bu, həm də yeni bacarıqlar əldə etmək və yeni sahələrə yelken açmaq üçün ideal dövr olacaq.

Sevgi və münasibətlər: Oğlaqlar üçün bu il münasibətlərdə sabitlik və qarşılıqlı anlaşma ön planda olacaq. Əgər münasibətiniz varsa, əlaqənizi daha da möhkəmləndirmək üçün yaxşı bir dövr olacaq. Sadiqlik və dərin bağlar qurmaq önəmli olacaq. Yalnızsanız, bu il yeni və mənalı tanışlıqlar mümkündür. Əlavə olaraq, öz hisslərinizə daha çox diqqət yetirməlisiniz.

Sağlamlıq: Bu il, sağlamlığınızla bağlı bəzi çətinliklər ola bilər, amma bu, əsasən emosional və zehni stressdən qaynaqlanacaq. Stresslə mübarizə aparmaq və bədəninizə qayğı göstərmək vacibdir. İdman və rahatlama texnikaları, həm bədən, həm də zehni sağlamlığınızı yaxşılaşdıracaq.

Maliyyə: Maliyyə sahəsində müsbət dəyişikliklər gözlənilir. Gəlirinizdə artım olacaq və yeni sərmayə imkanları ortaya çıxa bilər. Amma, hər hansı bir maliyyə qərarını verməzdən əvvəl diqqətlə düşünməli və riskləri qiymətləndirməlisiniz.

23 dekabr-20 yanvar aralığında dünyaya gələn insanları təmsil edən bu bürc oğlaq olaraq adlandırılır. İşgüzar oğlaqlarla birlikdə işləmək bir fərəhdir. Vəzifəsindən bir pillə aşağı işləsəniz, sizin onunla ünsiyyət yaratmağınıza özü kömək edəcək. Həm də sizin maraq dairəniz eyni olacaq. Bu isə ünsiyyət yaratmaq üçün daha bir şansdır.
Birlikdə problemləri həll etmək
oğlaq bürcünün ürəyincədir. Oğlağın ən çox sevdiyi və bildiyi sahəni öyrənin, bu hər hansı bir xarici dil, kompüter, klassik musiqi, rəngkarlıq sənəti ola bilər.Başa düşmədiyinizi ondan soruşun, sizə bunu öyrətməyini xahiş edin. Şərt deyil ki, dərslər parta, masa arxasında keçsin. Gözəl havada, parkda gəzişə-gəzişə öyrənmək də mümkündür. Elmə olan marağınızı oğlaqlara suallarla göstərin. O, sizin öyrənmək istəyinizi çox gözəl qiymətləndirər.
Onunla ciddi mövzularda söhbət edin. Bu fəlsəfə və ya maliyyə xəbərləri ola bilər. Onun gözəl yaddaşına, iti ağlına baxıb zövq alın.
Oğlaq qiymətli əşyaları sevir. Çox vaxt da əntiq şeyləri kolleksiyalaşdırır. Hədiyyəyə gəldikdə, ona nadir tapılan kitab, məşhur rəssamın əsərini və ya əntiq əşya hədiyyə etsəniz, ürəyincə olar. Oğlaq görüşdə gözlənilməz hadisələri sevmir. Yadda saxlayın ki,
oğlaq hər yerdə adəti üzrə eyniliyi sevir. Ona görə də, görüşə gəldiyinizdə çiçəkləri unutmayın.

 

OĞLAQ BÜRCÜ KİŞİLƏRİ

Bu bürcdən olan kişi, hər şeydən əvvəl ehtiraslıdır. Çox gənc yaşdan etibarən yüksəlməyi, uğura nail olmağı xəyal edər. Hər arzusuna qovuşacaq qədər ağıllı, güclü, çalışqan, səbarli və diqqətlidir. Onun üçün pulun böyük əhəmiyyəti vardır. Bəyəndiyi, sevdiyi insana hər şeyi verə bilər, amma israfçılıqdan heç xoşlanmaz. Oğlaq bürcü kişisinə zidd bürcü olan Xərçəngdən aldığı təsirlə zaman içərisində bədbin olub və həyata küsərlər kimi ola bilirlər. Bunun səbəbini adətən özü belə bilmir. Həmçinin Oğlaq kişi tez qırılır. Bu bürcdə doğulan oğlan yaxşı pul qazanır. Bu gün imkanlı olmasa belə, sabah sərvət qazana bilər. Pula hörməti var.

 

OĞLAQ BÜRCÜ QADINI


Oğlaq bürcündə doğulan qadınlar cəmiyyətdə çox bəyənilən, zərif, xoş, nəzakətli maraq çəkən tiplərdir. Eyni zamanda zəkalıdırlar. Diqqətli hərəkət etməyi sevir və hamıya asan güvənməzlər. Ehtiyatlı və şübhəçidilər. Hörmətsizlikdən, cəhalətdən nifrət edirlər. Ətrafındakı kişilərlə məşğul olur və onlarla möhkəm dostluqlar qururlar. İdeal iş qadınıdırlar. Seçdikləri işdə tez müvəffəqiyyət qazanırlar. Çox fəal, çalışqan və ehtiraslıdır. Cəmiyyətdə çox bəyənilirlər, çünki yaraşacaq şəkildə geyinməyi, makiyaj etməsini bilir və daim zövqlü şeyləri seçirlər.