Doğum cədvəlinin hesablanması
Astroloji cədvəliniz sizə nə deyə bilər?
Həssas olmağımla birgə, emosiyalar bu gün sizi müəyyən qədər təsir edə bilər; sakitliyi qorumaq faydalıdır. Daxili inamınız sizə dəstək olacaq, məqsədlərinizə doğru addımlar atmaq üçün kifayət qədər gücünüz var. Xəbərlər və ya gözlənilməz məlumat gündəmi dəyişdirə bilər xəbərdar olun. Sevgi və münasibətlərdə səmimiyyət və açıqlıq ön planda olacaq; dürüst ünsiyyət problemləri azaltmaqda kömək edər. Axşam vaxtı istirahət və yaxınlarla söhbət üçün ideal olacaq.
Bu həftə ünsiyyətin və sosial aktivliyin çox yüksək olacaq, insanlarla asan anlaşacaqsan. Yeni tanışlıqlar və faydalı əlaqələr qurmaq imkanın olacaq. İşdə komanda ilə birgə çalışmaq uğurlu nəticələr verəcək. Romantik münasibətlərdə gözlənilməz xoş anlar yaşana bilər. Gələcək planlarını dəqiqləşdirmək üçün yaxşı zamandır. Çoxlu informasiyanın içində itmək riskin var, buna görə önəmli detalları qeyd etməyin faydalıdır. Həftənin ortasında səni sevindirəcək bir xəbər ala bilərsən. Maddi mövzuda qənaətcil olmaq uzunmüddətli rahatlıq gətirəcək. Yaradıcılıq və hobbilərə vaxt ayırmaq səni ruhən sakitləşdirəcək. Həftənin sonunda dostlarla açıq havada vaxt keçirmək enerjini bərpa edəcək.
Əkizlər üçün Sentyabr ayı maliyyə və şəxsi həyat mövzularında diqqətli olmağı tələb edəcək. Ay tutulması bəzi qərarların yenidən gözdən keçirilməsinə səbəb olacaq. Maliyyə məsələlərində gözlənilməz dəyişikliklər ola bilər, buna görə planlı davranmaq vacibdir. İş həyatında bəzi gecikmələr ola bilər, amma ayın ortasında vəziyyət düzələcək. Günəş tutulması yeni imkanlar yaradacaq və sizi fərqli bir istiqamətə yönləndirəcək. Dost çevrənizdə dəstək və motivasiya tapacaqsınız. Ayın ortalarında şəxsi münasibətlərinizdə aydınlıq yaranacaq. Ailə ilə bağlı məsələlərdə müsbət addımlar atılacaq. Yeni bir layihəyə başlamaq üçün yaradıcılıq gücünüz artacaq. Sosial dairənizdə nüfuzunuz yüksələcək. Ayın sonunda maliyyə baxımından daha sabit bir vəziyyətə çata bilərsiniz. Sağlamlıq sahəsində isə stressdən uzaq durmağa çalışın. Sevgidə isə açıq ünsiyyət vacib olacaq. Ay boyunca planlı və diqqətli olmaq sizə böyük üstünlüklər gətirəcək. Uzunmüddətli məqsədləriniz üçün güclü bir təməl atmaq imkanı yaranacaq. Keçmişdə yaşanan anlaşılmazlıqlar bu ay həll edilə bilər. Ayın son günlərində xoş sürprizlər sizi gözləyə bilər. Sentyabr ayı sizin üçün həm öyrədici, həm də inkişaf etdirici bir dövr olacaq.
2025-ci ildə Əkizlər bürcünü sosial əlaqələr və yaradıcılıq sahəsində böyük inkişaflar gözləyir. Bu il sizin üçün yeniliklər, dəyişikliklər və sürətli inkişaflar gətirəcək. Yaratıcı düşüncələriniz və ideyalarınız peşəkar həyatınızda çox yaxşı nəticələr verə bilər. Yeni layihələrə başlamaq və ya öz biznesinizi qurmaq üçün çox yaxşı bir dövr olacaq. Bu il iş həyatında rəhbərlik mövqelərində yüksəlişlər və yeni imkanlar ola bilər.
Sevgi və münasibətlər: Romantik münasibətlərdə bu il çox maraqlı dövrlər gözlənilir. Əkizlər bürcü bu ildə öz duyğularını daha çox başqalarına açacaq və bu, münasibətlərini daha dərinləşdirəcək. Yaxın əlaqələrdə həm səmimiyyət, həm də dürüstlük vacib olacaq. Yeni münasibətlər də mümkündür, amma bunlar yalnızca birbaşa, açıq və dürüst ünsiyyət ilə möhkəmlənəcək. Ayrıca, dostlarınızla da yeni əlaqələr qurmaq istəyəcəksiniz və bu sizə daha çox sosial həyat gətirəcək.
Sağlamlıq: Zehni sağlamlığınıza daha çox diqqət yetirməli olacaqsınız. Stress və gündəlik həyatın gərginlikləri sizi yoracaq, buna görə də daha çox istirahət etməli və bədəninizin ehtiyaclarına diqqət yetirməlisiniz. Məşq etməyə davam etmək və stressi idarə etmə üsulları tapmaq vacibdir.
Maliyyə: Maliyyə baxımından müsbət dəyişikliklər olacaq. Maddi məsələlərdə yeni imkanlar və gəlir mənbələri açılacaq. Ancaq bəzən impulsiv xərcləmək cəhdləriniz ola bilər, buna görə də büdcənizi düzgün idarə etməyə çalışın.
Ulduzlar sistemində üçüncü yeri tutan Əkizlər bürcü təxminən mayın 22-dən iyunun 21-nə qədər olan dövrü (31 günü) əhatə edir. Ünsürü hava, planeti Merkuri, xoşbəxt rəqəmi 3, 5, 12, 18, düşərli günü çərşənbə, bazar, düşərsiz günü cümə axşamı, astroloji rəngi bənövşəyi, boz, açıq-sarı, narıncı, uğursuz rəngi yaşıl, qiymətli daşı əqiq, dağ kristalı, metalı qızıl, gümüş, enerji verən çiçəyi marqaritka, lalə, jasmin, nərgiz, müxalif bürcü isə Oxatandır.
Ünsiyyətcil insanlar olduğundan onlarla münasibət qurmaq bir o qədər çətin deyil. Diqqətlə sizə qulaq asacaqlar. Maraqlı qeybəti, dedi-qodunu çox sevirlər. Özləri də bununla məşğul olurlar.
Əkizlərin diqqətini çəkmək üçün yüksək fantaziyaya malik olmalısız. Onları ilk görüşdə teatra, rəsm sərgisinə, konsertə dəvət etsəniz, ürəklərincə olar.
Əkizlərin qohumlarına qarşı yüksək diqqət nümayiş etdirin. Göstərdiyi şəkillərə xüsusi maraq bildirin. Onlar haqqında olan məlumatlara diqqətlə qulaq asin. Əkizlər bunu qiymətləndirirlər.
Əkizlər yeməyə, təmizliyə, bahalı alış-verişə tələbkardırlar.
Onların ürəyinə yol mədədən yox, başdan, ağıldan keçir. Yaddan çıxarmayın ki, ömür boyu əkizlərlə xoşbəxt yaşamaq üçün intellektual baxımdan maraqlı olmaq lazımdır. Əkizlərlə münasibət qurulmazdan əvvəl söhbət üçün təzə ən maraqlı xəbərləri, elmi və ya siyasi-sosial, məişət xarakterli məlumatları bilmək lazımdır.
Gün rejiminə riayət etməyən, bəzən söz verib unudan insanlardır. Onlar çətin ki, evin təmiri ilə məşğul olsunlar, amma təmirçi ustanı məzəmmət etməyi, göstəriş verməyi xoşlayırlar. Qadın əkizlər isə hətta evinin pəncərəsini belə silməyi özünə rəva bilmir.
Onları əla aşpaz adlandırmaq olmaz. Yarımfabrikat almağı və ya restoranda yemək sifariş etməyi üstün tuturlar.
Pul qazana bilirlər. İşləri ilə məşğul olduqları zaman çalışın onlara mane olmayasız. Yeniliyi, təzə əşyaları sevdiklərindən, əkizlər mağazalara getməyi, alış-veriş etməyi xoşlayırlar.
Qonaqpərvərdirlər. Əkizlər yaşayan evə qonaq gələn şəxslər heç vaxt narazı getmirlər. Özləri də qonaq getməyi sevirlər.
ƏKİZLƏR BÜRCÜ KİŞİ
Əkizlər bürcü kişisi asan bağlanan bir tip deyil. Ani bir qərarla evlənsə belə, sonradan peşman olub boşana bilər. Əkizlər bürcü kişisi şən, danışanda, nəzakətli cana yaxın bir insan olduğu üçün çox bəyənilir. O tam mənası ilə axtarılan bir tipdir. Bu bürc altında dünyaya gələn adamlar ən müxtəlif peşə qabiliyyətlərinə malik olurlar. Müasir dünya astrologiyası „Əkizlər“dən bacarıqlı vəkil, ticarətçi, katib, hüquqşünas, müəllim, səyahətçi, natiq, filosof, siyasi vasitəçi, bəzənsə fırıldaqçı və oğrular yetişdiyini bildirir.
ƏKİZLƏR BÜRCÜ QADINI
Əkizlər bürcü qadını çox istiqamətli, son dərəcə diqqət çəkən cazibədar tiplərdir. Eynilə bu bürcün kişisi kimi onları da anlamaq asan deyil. Belə bir qadını sevirsinizsə mütləq əvvəl onu yaxşıca tanımalısınız. Zəka və hərəkət ulduzunun idarə etdiyi bu qadının başı heyrətamiz çalışır. Həm o bürcün kişisinə nisbətən daha müqavimətli, daha ehtiraslıdır. Müstəqilliyinə düşkün olduğu üçün də özünə bir iş və ya peşə seçir. Əkizlər bürcü qadını çox gənc yaşda aşiq olur. Daha doğrusu olduğuna inanır. Əgər gənc yaşda evlilik etsə bu evlilik qısa bir müddət sonra onun xəyal qırıqlığına uğramasına səbəb olur.
Əkizlər və Oğlaq bürcünün qadınları evlilik həyatında ailə başçısı missiyasını öz üzərlərinə götürürlər. Bəzən də ailəsini təkbaşına dolandırırlar.
Ümumiyyətlə, əkizlərin müəmmalı cizgiləri çoxdur. Bəzən onların halı xarab olanda ətrafdakıların ovqatını səbəbsiz yerə korlayır, müəyyən vaxtdan sonra buna görə təəssüflənib üzr istəyirlər. Onlar evlilik həyatında, ailədə uşaqları çox sevir, amma onlara qarşı o qədər də diqqətli olmurlar.