Doğum cədvəlinin hesablanması
Astroloji cədvəliniz sizə nə deyə bilər?
Bu gün realist yanaşmanız sizi maddi və şəxsi mövzularda təhlükəsiz saxlayacaq. Yaxın çevrənizdə kiminsə davranışı sizə onun niyyətini daha aydın göstərəcək və siz artıq əvvəlki kimi ona güvənməyəcəksiniz. Planlarınızla bağlı tələsməmək, qərarı müşahidə üzərində qurmaq daha faydalı olacaq. Günün sonunda ailə, ev və şəxsi rahatlıq ehtiyacı güclənə bilər və sosial təmasdan uzaq qalmaq sizə yaxşı təsir edəcək.
Həftə boyunca diqqətiniz daha çox sabitlik və rahatlıq üzərində olacaq, buna görə həyatınızda sizi narahat edən hər hansı tərəfi balanslaşdırmağa çalışacaqsınız. İş və şəxsi həyat arasında gözlənilməz seçim məqamları yarana bilər və prioritet müəyyənləşdirmək çətinlik yaratsa da, praktiki düşüncənizlə düzgün yön tapmaq mümkündür. Maddiyyatla bağlı bir xəbər və ya gözlənilən bir ödənişin gecikməsi sizi düşündürə bilər, lakin həyəcanlanmaq əvəzinə alternativ planlar qurmağınız tövsiyə olunur. Emosional həyatda isə partnyorunuzun daha çox diqqət və anlayış tələb etdiyini görəcəksiniz və soyuq qalmaqdan qaçmaq münasibəti möhkəmləndirə bilər. Sağlamlıq mövzusunda da orqanizminiz bəzi siqnallar göndərə bilər, istirahəti minimum səviyyədə deyil, kifayət qədər təmin etmək faydalı olar.
Buğa bürcləri üçün noyabr ayı sosial enerjinin artdığı və yeni əlaqələrin qurulduğu bir dövr olacaq. Sizi motivasiya edən insanlar ilə əlaqələrin güclənməsi, yeni tanışlıqlar və peşəkar çevrənin genişlənməsi bu ayın əsas mövzularındandır. İş sahəsində əməkdaşlıqlar önəmli rol oynayacaq və uzun müddətdir qurduğunuz planların həyata keçməsi üçün düzgün insanlarla qarşılaşa bilərsiniz. Maddi baxımdan sabitlik qorunur, hətta gəlirlərdə artım ehtimalı da yüksəkdir, xüsusilə də özünüzə güvənərək yeni addımlar atsanız ilin sonuna doğru böyük fayda görəcəksiniz. Sevgi həyatınızda romantika güclənəcək və tərəfdaşınız tərəfindən dəstək və diqqət görəcəksiniz, tək Buğalar üçün ciddi və stabil münasibətin əsası ola biləcək yeni tanışlıq mümkündür. Sağlamlıqda isə skelet-əzələ sistemi həssas ola bilər, soyuq havalarda özünüzü qorumağa çalışmalısınız.
2025-ci il Buğa bürcü üçün maliyyə və karyera baxımından çox önəmli bir il olacaq. Peşəkar həyatınızda yüksəlişlər və gözlənilməz təkliflər qarşısında olacaqsınız. İxtisas sahənizdə irəliləyişlər yaşanacaq, yeni iş imkanları ortaya çıxacaq və çox güman ki, yeni peşəkar əlaqələr qurmaqla daha çox müvəffəqiyyət əldə edəcəksiniz. Maddi baxımdan, öz gücünüzü göstərmək və pul qazanmaq üçün çox yaxşı fürsətlər olacaq. Bu il uzunmüddətli layihələrdə uğur qazanmağa başlaya bilərsiniz.
Sevgi və münasibətlər: Ailə və romantik münasibətlərdə, bu ilin əvvəlində bir az gərginlik və anlaşılmazlıqlar ola bilər, amma bu, zamanla aradan qalxacaq. Sevgi həyatınızda sabitlik axtaracaq və axtardığınız dərin əlaqələri tapmaq üçün cəhd göstərəcəksiniz. Sevgi münasibətinizdə daha çox bağlanmağa və özünüzü açmağa çalışmalısınız. Əgər yalnızsanız, yaxın gələcəkdə yeni bir əlaqəyə başlamaq ehtimalı böyükdür, lakin burada əsas olan dürüstlük və qarşılıqlı hörmətdir.
Sağlamlıq: Bu il sağlamlığınıza çox diqqət etməli olacaqsınız. Həm fiziki, həm də zehni sağlamlıq vacib olacaq. Çox işlə məşğul olduğunuz üçün zehni stress və yorğunluq yaşaya bilərsiniz. Buna görə də, stressdən qaçmağa çalışın və rahatlama texnikalarına vaxt ayırın. Sizi yoran şeylərdən uzaq durun, həmçinin yatmağa da xüsusi diqqət yetirin.
Maliyyə: Gəlir artırmaq üçün bu il çox əlverişlidir. Əlavə gəlir mənbələri axtara bilərsiniz. Amma bu sahədə də ehtiyatlı olmaq lazımdır, çünki bəzi fürsətlər çox cazibədar ola bilər, amma sonradan məyus olma ehtimalı var. Yaxşı qərarlar vermək və təhlil etmək vacib olacaq.
Buğa bürcü 20 apreldən 21 maya qədər olan tarixi əhatə edir. Ünsürü torpaq, rəngləri sarı-limon, parlaq mavi, narıncı, yaşıl-limondur. Uğurlu daşları firuzə, göy yaqut, əqiq, opal, zümrüd, yaşıl mərmər, nefrıt. Xoşbəxt rəqəmləri 2,4,16, (və 6-ya bölünən rəqəmlər). Uğurlu günləri: bazar ertəsi, cümə, uğursuz günləri. çərşənbə axşamıdır.
Buğada təəccüblü görünən daimi qayğıkeşlik hissi var. Bir çox adamların işləri düz gətirməyəndə, xoşagəlməz hadisələr baş verəndə buğanın təklif etdiyi komfort, dünyanın ən böyük rahatlığı kimi görünür. Əlbəttə, hər şey yaxşı olanda və həyat maraqlı hadisələriə dolanda, buğa ləng və darıxdırıcı görünür.
Məsələ heç də onda deyil ki, buğa sürətlə hərəkət edə bilmir, sadəcə, o, buna cəhd göstərmır. Buğa hərəkətə başlayanda, deməli kimsə ona güclü təkan verib. Həqiqətdə daxili təminatdan doğan əmin-amanlığı axtarmasına baxmayaraq, bunun xarici dünyada əksi olan, pul, varlıqlar və insanlar arası tarazlığı xəstəlik halına gətirə bilər.Özünə məxsus olan əşyalara qarşı çox həssasdir.
Onun yaxşı zövqu var, məsələn, yeməkdən lazımınca baş çıxarır. Buğalar adətən çox yaxşı aşpaz olurlar. Ləzzətli yeməyi çox sevən Buğanın sanki gözü doymur: o arxayın olmalıdır ki, hələ ehtiyat ərzağı var və ac qalmayacaq. Həvəslə dostlarını evinə qonaqlığa dəvət edir, onları ləzzətli qidalarla yedizdirib-içizdirir.
Təsəlli, sakitlik və etibarlılıq həmişə buğanı müşayiət edir. O, səbir və qayğı ilə istədiyinə nail ola bilir. Bu bürc altında doğulanlann tərs üzü — öz mövqelərini əldən verməmək və dəyişməməkdir.
Buğa bürcü kişiləri
Onlar heç də ən temperamentli sevgililərdən deyil. Dözümlü (səbirli), lakin güclü — onun əsas keyfiyəti belədir. O, vaxtında istədiyini alacaq, heç vaxt yarı yolda geri çəkilməyəcək.
Onun ehtirasları dərhal görünrnür, ancaq qəti şəkildə sizi fəth etmək istəsə, ehtiyatlı olun! Asanlıqla ondan yaxa qurtara bilməyəcəksiniz.
Naz-qəmzə etmək mənasızdır. Buğa Zodiakın ən tərs bürcüdür. Əgər intellektuai qabiliyyəti varsa əvvəlcə inandırma, sonra isə lazım gələrsə komanda-əmr ilə istədiyinə nail ola bilir. Onlar adətən fiziki cəhətdən sağlam, qədd -qamətli olur.
Buğa bürcü qadınları
Buğa bürcü qadınları tərs və hissiyyatlıdır. Kişiləri cəlb etməkdə mahirdir. Çoxuna mühafizəkar görünə bilər, çünki gec əl verir.
Özünün potensial sevgilisini tapmaqda intuisiyasına arxalanır.Çox sentimentaldır. Ürəyindəkiləri birbaşa deyir. Təəssüratı gücləndirmək üçün başınızda qab da sındıra bilər. Öz tərsliyində o, ağılsız görünür. O, qisas almağa can atsa, təhlükəli düşmənə çevrilir. Lakin yalan və aldanışı tez aşkar edə bildikləri kimi, tərəfdaşın səmimiyyətinə də qarşılıqlı şəkildə cavab verməyə hazır olan qadın buğalar öz emosiyalarına daha çox bel bağlayırlar.
Onun çox nadir intellekt forması var: həqiqəti bilmək üçün intuisiyaya etibar edir.Qadın-Buğa praktikdir və idealizmə meyl etmir. O, platonik məhəbbətə inanmır, yalnız fiziki meyllə olan sevgini qəbul edir.Buğa qadınlar seksual tələbatın ödənməsinə normal baxırlar. Dəbdəbəsiz, lakin zövqlə geyinirlər.O həmişə tərs və inadkardır. Zahirən kövrək və köməksiz də görünə bilər, ancaq əslində belə deyil.Qadın buğa yaxşı xörək bişirir, gözəl məşuqədir, sədaqətli arvaddır və özü də xəyanəti heç vaxt bağışlamır.