BALIQLAR BÜRCÜ 19 Fevral - 20 Mart

Doğum cədvəlinin hesablanması

Astroloji cədvəliniz sizə nə deyə bilər?

Bu gün Balıqlar bürcü üçün yenilənmə, balans və aydınlıq günü sayılır. Hər bir qərar bu gün gələcək üçün möhkəm əsas ola bilər. Ulduzlar səbrli, anlayışlı və realist olmağı məsləhət görür bu keyfiyyətlər sizi həm ruhən, həm də maddi baxımdan gücləndirəcək.

Balıqlar üçün bu həftə duyğusal, lakin ilhamverici keçəcək. Daxili dünyanıza yönəlmək və yaradıcılıqla məşğul olmaq üçün əla vaxtdır. İşdə intuisiyanız güclü olacaq, ona görə qərar verərkən ürəyinizin səsinə qulaq asın. Maddi sahədə ehtiyatlı davranın, xüsusilə dostlardan və ya ailədən borc almayın. Sevgidə dərin emosiyalar və yaxınlıq artacaq. Əgər münasibətdə bir məsafə varsa, bu həftə onu aradan qaldırmaq mümkündür. Həftə sonu romantik və sakit atmosfer sizə daxili balans bəxş edəcək. Ruhsal baxımdan yenilənmək üçün meditasiya və təbiət enerjisindən faydalanın. Ulduzlar sizə deyir: bu həftə sakit görünə bilər, amma ruhunuzda böyük dönüş baş verir.

Balıqlar üçün bu ay emosiyalar və intuisiyalı olacaq. Siz hadisələri hisslərinizlə daha dərindən anlayacaqsınız. İş həyatında yaradıcılıq qabiliyyətiniz ön plana çıxacaq. Əgər sənət, yazı və ya musiqi ilə məşğulsunuzsa, bu gün ilhamınız çox güclü olacaq. Maliyyə məsələlərində isə diqqətli olmaq vacibdir. Romantik yanaşma sizi lazımsız xərclərə yönəldə bilər. Münasibətlərdə isə dərin emosional anlar sizi gözləyir. Əgər tərəfdaşınıza daha açıq olsanız, münasibətiniz güclənəcək. Subay Balıqlar üçün yeni tanışlıqlar duyğusal və romantik olacaq. Bu tanışlıqlar uzunmüddətli münasibətə çevrilə bilər. Ailə üzvləri ilə ünsiyyət səmimi olacaq, amma sizin həssaslığınız bəzən yanlış anlaşılmalara səbəb ola bilər. Sağlamlıq baxımından enerjiniz dəyişkən ola bilər.

2025-ci il Balıqlar bürcü üçün şəxsi inkişaf və daxili təmizlik dövrü olacaq. Bu il, həm şəxsi həyatınızda, həm də peşəkar sahədə böyük irəliləyişlər mümkündür. İş həyatınızda artan məsuliyyətlər və yeni təkliflər ortaya çıxa bilər. Həmçinin, şəxsi əlaqələrdə də dərin dəyişikliklər və yeniliklər gözlənilir. Balıqlar bu il daha çox ruhsal və emosional cəhətdən yeniləşəcəklər.

Sevgi və münasibətlər: Romantik münasibətlərdə, sevgi və anlaşma çox önəmli olacaq. Əgər münasibətiniz varsa, bu dövrdə əlaqənizi daha da möhkəmləndirmək imkanı olacaq. Sevgi həyatınızda qarşılıqlı hörmət və dərinlik ön plana çıxacaq. Yalnızsanız, yeni və əhəmiyyətli bir münasibət başlayacaq.

Sağlamlıq: Bu il, sağlamlığınız üçün zehni və fiziki rahatlığa xüsusi diqqət yetirməlisiniz. Gərginliklərdən qaçmağa çalışın və müntəzəm məşqlər edin. Zehni rahatlıq üçün meditasiya və stress idarə etmə texnikaları sizə kömək edəcək.

Maliyyə: Maliyyə sahəsində bu il sabitlik və artım gözlənilir. Gəlirinizdə artım olacaq və yeni maliyyə imkanları ortaya çıxa bilər. Amma hər hansı bir riskli sərmayə və ya böyük xərclərdən əvvəl yaxşı düşünməlisiniz.

Ulduzlar sistemində sonuncu — yəni 12-ci yeri tutan balıqlar bürcü bir qayda olaraq fevralın 20-dən martın 20-nə qədər olan dövrü əhatə edir. Ünsürü su, planeti Neptun və Yupiter, rəngi bənövşəyi, göy, rəqəmi 6 və 7, daşı ametist, zümrüd, sapfir, çiçəyi nərgiz, yasəmən, metalı sink, uğursuz günü çərşənbə, uğurlu günü isə cümə axşamıdır. 

Balıqlar olan məclislərdə, yığıncaqlarda onları həmişə diqqət mərkəzində görmək mümkündür. Əgər onlar bunu bacarmasalar, onda bir qıraqda durub darıxacaqlar.
İlkin söhbət üçün musiqi, teatr haqqında söz salın, bu onların maraq dairəsindədir. Balıqlar monoloq söyləməyi xoşlayır. Onlara diqqətlə qulaq asın və sözünü kəsməyin. Əgər söhbətində heç nəyi başa düşmədinizsə, onda səmimi olaraq bunu onlara deyin. Balıqların ən sevimli işi nəyisə insanlara başa salmaqdır. Onlar düzgün düşünür, ancaq gözəl danışa bilmir. Odur ki, sözündən inciməyin.
Balıqlar rəqs etməyi xoşlayır. Onları ilk görüşə çağırmaq üçün rəqs etmək mümkün olan restorana, toya, dostlarla yığıncağa və ya hər hansı bir bayrama dəvət edə bilərsiz.
Onlar tənhalıqdan qorxur. Əgər b
alıqları doğrudan da çox sevirsinizsə, onları heç vaxt tək qoymayın.
Balıqlar hədiyyə almağı çox sevir. Hədiyyə almış olsanız, çalışın ki, maraq dairəsinə yaxın bir şey olsun. Şəkil albomu, təncim elminə aid kitab, şeir məcmuəsi, zinət əşyaları, bahalı aksessuarlar varsa, lap yaxşı olar. Bu onları çox sevindirər.

Balıqlar bürcü altında doğulan insanlar — düşüncəli, təxəyyülə malik, eyni zamanda qətiyyətsiz, dəyişikliklərə meylli və reallıqdan ayrılmış olurlar. Bu bürclə Yupiter və Neptun planetləri bilavasitə əlaqədardır, lakin onlardan heç biri praktik işlərə öz enerjilərini ayırmırlar; hər ikisi təxəyyülün genişləndirilməsi ilə bağlıdır və Balıqlara öz hisslərini sərbəst şəkildə ifadə etmək imkanı verirlər. Heç də təəccüblü deyildir ki, Balıqlarla müqayisədə digər bürclər darıxdırıcı və borc hissi ilə həddən artıq bağlı görünürlər.Balıqların fəallığı reaktivdir; başqa sözlə, onlar yalnız yaranan effektə cavab olaraq hərəkət edirlər və heç vaxt ilk addımı atmırlar. Yüksək kövrəklikləri onları emosional cəhətdən çox yaralı insan edir.

 

BALIQLAR BÜRCÜ KİŞİLƏRİ

O, ehtiraslı, emoşional və qeyri-sabitdir. Onunla hər bir gözlənilməzlik mümkündür. Balıqların rəmzi-əks istiqamətlərə üzən iki balıqdır; elə ona görə də həmişə ziddiyyətli arzulardan əziyyət çəkirlər. Gah bir iş görür, gah da tamam başqa bir işdən yapışırlar.Bütün ətrafdakılara qeyri-adi dərəcədə həssasdır. insanları cəzb etmək istedadına malikdir. Çox vaxt insanları olduğu kimi deyil, görmək istədiyi kimi görür. Onu hissiyyatlı qadınlar cəlb edir, xüsusilə əgər onlar liderliyə can atırlarsa. İnsanı ideallaşdırır, sevdiyində mənfi cəhətlər görmədiyinə görə çox şeylərlə barışır. Xəyalpərvərdir. Xəyalları qeyri-realdır. Məhəbbət təkcə romantika — ay, qızılgül, şer deyil, həm də ev təhlükəsizliyidir.Çox da böyük sədaqətə bel bağlamayın. Bu — onun üslubu deyil. Tez təsir altına düşür.

O, həssas, intellektual və qeyri-adi varlıqdır. Əla yol yoldaşıdır. Yaradıcı şəxsiyyətdir; özünü yazıçı, musiqiçi, rəssam kimi göstərir. Biznesdə çox da uğur qazana bilmir.

 

BALIQLAR BÜRCÜ QADINLARI

Qadın balığı gözəllik və sirr planeti Neptun idarə edir. O, çox məlahətli həssas və yaxşı irituisiyalı qadındır. Bəsirəti onu başqalarının dərdinə ürək yandırmağa sövq edir. İnsanın xaricinə deyil, daxili aləminə reaksiya verir; heç vaxt onu aldatmağa çalışmayın, onsuz da hər şeyi görür. Qeyri-adi həssaslığına görə o, bir qədər okkultizmə meyllidir, əldə fala baxır, spiritik seanslarda uğurla iştirak edir. O həqiqətən kişiləri cəlb edən qəribə bir keyfiyyətə malikdir. Lakin çox asıiı xarakteri var və həyatında əsas rol oynayacaq insana çox bağlıdır. O daha çox xəyal və ümidlərə meyl edir. Konkret hərəkətlər onu maraqlandırmır.
Konflikt və yarışlara getmir, hakimiyyət uğrunda bütün gücü ilə vuruşmur. Ancaq öz məqsədlərinə çatmaq üçün kişiləri şirnikləndirə bilir. O həddən artıq tez vurulur. Bəzən iki kişi arasında qalır. Əlaqələri çox səmimi olur. Adətən o, yumşaq və az seksual olan kişiyə ərə gedir. Onunla özünü daha etibarlı hiss edir. Ancaq tamam başqa bir sevgili barədə düşünür; güclü qəddar, seksual. O, həyatda aktrisadır və hər bir rolu oynaya bilir. Teatr sahəsində yaxşı karyera qazana bilər. Qadın
balıqları həyatda çox vaxt çılpaq model, striptiz-rəqqasə, bəzilərini isə fahişə kimi görmək olar. Onlar yaxşı həyat yoldaşıdır. Gözəl evdar olub uşaqlarını seviıiər. Xəstələrə qulluq etmək qabiliyyətləri var; bəziləri gözəl həkim və tibb bacısı olurlar. Balıqlar -kədər bürcüdür.