Zaqatalada gənc qızı maşın belə vurdu - ANBAAN VİDEO
09 mart 2023 08:36 (UTC +04:00)

Zaqatalada gənc qızı maşın belə vurdu - ANBAAN VİDEO

Zaqatalada 28 yaşlı qızın maşınla vurulma anının görüntüləri yayılıb.

Lent.az xəbər verir ki, hadisə ötən gün Zaqatala şəhəri ərazisində baş verib.

Rayon sakini Sadiq Zəngiyev idarə etdiyi "VAZ-2102" markalı minik avtomobili ilə rayonun Yuxarı Çardaqlar kənd sakini, 1995-ci il təvəllüdlü Günay Abakar qızı Əhmədovanı vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan G. Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

# 18018
avatar

Oxşar yazılar