Zaqatalada daha bir dağda yanğın başladı - VİDEO
02 sentyabr 2022 15:52 (UTC +04:00)

Zaqatalada daha bir dağda yanğın başladı - VİDEO

Zaqatalada daha bir dağda yanğın başlayıb.

Yerli sakinlərin Lent.az-a verdiyi məlumata görə, Yuxarı Tala kəndi ərazisindəki dağ silsiləsində meydana gələn yeni yanğın ocağının söndürülməsinə FHN qüvvələri və yerli sakinlər cəlb edilib. 

FHN helikopteri yeni yaranan yanğın ocağına havadan su töküb və yanğın biraz səngiyib. 

Hazırda Zaqatala dağlarında baş verən yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

# 8766
avatar

Oxşar yazılar