Vasif Talıbovun istefasından bir gün əvvəlki VİDEOSU
10 yanvar 2023 10:25 (UTC +04:00)

Vasif Talıbovun istefasından bir gün əvvəlki VİDEOSU

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov istefasından bir gün əvvəlki görüntüləri yayılıb.  

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, sabiq sədr istefa verməmişdən bir gün əvvəl Bakı şəhərindən Naxçıvana qayıtmışdı.

Videodan göründüyü kimi Vasif Talıbov ilk dəfə hava limanının rəhbər şəxslər üçün nəzərdə tutulan çıxışından istifadə etməyib və xidməti maşını onu təyyarənin trapının yanında qarşılamayıb.

O, digər rəsmilər kimi Naxçıvan Beynəlxalq Hava Limanının VİP salonundan keçib. Oğlu Seymur Talıbov onu qarşılayaraq öz şəxsi avtomobili ilə Naxçıvan şəhərinə aparıb.

Həmin görüntüləri təqdim edirik:

# 2514
avatar

Fidan İlqar

Oxşar yazılar