Vaqonda siqaret çəkdi, metropoliten araşdırmaya başladı - VİDEO
09 iyun 2022 09:32 (UTC +04:00)

Vaqonda siqaret çəkdi, metropoliten araşdırmaya başladı - VİDEO

Bakı metrosunda orta yaşlı kişi siqaret çəkib.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə orta yaşlı bir kişinin vaqonun salonunda heç kimə əhəmiyyət vermədən siqaret çəkdiyi əks olunur.

Bu isə digər sərnişinlərin narazılığına səbəb olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.az-a bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır: 

“Hadisənin nə zaman, hansı stansiyada, hansı vaqonda baş verdiyi aidiyyəti şöbə tərəfindən araşdırılır. Lakin paralel olaraq sərnişinlərimizin bu kimi hallarla qarşılaşdıqları zaman maşinist rabitəsi vasitəsilə maşinistlə əlaqə saxlayıb məlumat vermələri tövsiyə olunur. Eyni zamanda qatar stansiyaya girdiyi zaman həmin qayda pozan sərnişin və ya sərnişinlərə narahatlıq yaradan hər-hansı bir durum barədə metropoliten əməkdaşlarına və metro polisinə də məlumat vermələri arzuolunandır. Bu kimi hallarda bənzər problemlər daha tez müəyyənləşir və aradan qaldırılır. Sözügedən video ilə bağlı araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Metroda siqaret çəkdi

# 4170
avatar

Oxşar yazılar