Uşaq evində böyüyən şəhidin Heydər Əliyevlə maraqlı VİDEOSU
14 sentyabr 2022 09:53 (UTC +04:00)

Uşaq evində böyüyən şəhidin Heydər Əliyevlə maraqlı VİDEOSU

SOS uşaq kəndlərində böyüyən və ötən gün düşmən təxribatları nəticəsində şəhid olan Səbuhi Əhmədovla bağlı yeni görüntülər yayılıb.

Lent.az xəbər verir ki, həmin görüntülərdə SOS uşaq kəndində keçirilən tədbirdə Səbuhinin uşaq ikən mərhum prezident Heydər Əliyevə dövlət himnimizi oxuması əks olunub. Səbuhi himni səsləndirdikdən sonra prezident onu bağrına basaraq öpür.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə görüntülərdəki uşağın Səbuhi Əhmədov olduğunu Lent.az-a təsdiqləyib.

Səbuhi Əhmədov SOS uşaq kəndlərində böyüyüb. 2006-2007-ci illərdə Şahinlər hərbi-vətənpərvərlik düşərgəsinin əsgəri olub. Uşaq vaxtından onun vətənə məhəbbət, dövlətimizə sədaqət, düşmənə nifrət ruhunda, qanında idi.

S. Əhmədov hazırda 2-ci Fəxri Xiyabanda dəfn olunur.

Allah rəhmət eləsin!

Uşaq evində böyüyən şəhidin Heydər Əliyevlə maraqlı videosu

# 3936
avatar

Mehman Nəbiyev

Oxşar yazılar