Əməkdar artist Baloğlan Əşrəfov
14 aprel 2021 10:29 (UTC +04:00)

Əməkdar artist Baloğlan Əşrəfov

Trenddə olan müğənniləri lağa qoydu: "Küçədə onları tanımırlar" - VİDEO

Əməkdar artist Baloğlan Əşrəfov “YouTube”da trenddə olan müğənnilərdən danışıb.

Lent.az-ın məlumatına görə, “Heç vaxt heç yerdə” verilişində olan müğənni bildirib ki, ifaçılar saxta yollarla trenddə olurlar:

“İndi trend nə deməkdir? Onların hamısı fırıldaq işlərdir. Trend bilirsiniz nədir? Küçədən keçəndə səni tanısınlar və təşəkkür etsinlər ki, bu mahnını oxumusan. O trend saxtakarlığını istəsəm, mən də edərəm. Amma mənə belə şeylər lazım deyil. Eşitmişəm ki, onu yalandan edirlər. Hərdən maraqlanıram, deyirlər ki, sizin mahnılarınız 4 milyonu keçib. Mənim elə şeylərdən xəbərim yoxdur. Elələri var ki, trendədir, küçədə onu tanıyan yoxdur. Xalqın sevgisini qazanmaq lazımdır”.

Əməkdar artist Baloğlan Əşrəfov

# 3102
avatar

Yalçın UĞUR

Oxşar yazılar