Təyyarə və gəmiləri vura bilən   PUA hazırlandı - VİDEO
05 sentyabr 2022 14:02 (UTC +04:00)

Təyyarə və gəmiləri vura bilən PUA hazırlandı - VİDEO

Çin hərbçiləri təyyarə və gəmiləri vura bilən səsdən sürətli pilotsuz uçan “Wuzhen-8” aparatını nümayiş etdirib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, PUA ilk dəfə olaraq Çjuhay şəhərində aviaşou çərçivəsində təqdim edilib. İndiyə qədər Çin onun istifadəsi barədə məlumat verməyib.

“WZ-8” kimi də tanınan “Wuzhen-8” kəşfiyyat üçün nəzərdə tutulub. Lakin lazım gələrsə, qırıcı təyyarələri və ya gəmiləri məhv etmək üçün kamikadze raketinə çevrilə bilər.

PUA bir sabit qanadı və geri çəkilə bilən eniş qurğusuna malikdir. Arxa tərəfdə iki reaktiv mühərrik başlığı var.

Tərtibatçıların fikrincə, dron “Mach 3”dən çox (hündürlükdən asılı olaraq təxminən 3700 km/saat) sürətə çata bilir və hava hücumundan müdafiə raketlərinin əksəriyyətini geridə qoyur.

Təyyarənin elan edilmiş uçuş məsafəsi 8000 km-dən çoxdur.

Təyyarə və gəmiləri vura bilən PUA hazırlandı

# 4854
avatar

Mehman Nəbiyev

Oxşar yazılar