Təbrizdə tələbələr ayağa qalxdı -  VİDEO
20 sentyabr 2022 17:44 (UTC +04:00)

Təbrizdə tələbələr ayağa qalxdı - VİDEO

Bu gün səhər saatlarından İranda başlayan etiraz aksiyasında azərbaycanlı tələbələr hökumətin qadınlara qarşı qəddarlığını pisləyib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Başqa şəhərlərdə və universitetlərdə davam edən etiraz aksiyalarına dəstək və həmrəyliyini göstərən tələbələr İran hakimiyyətinin ölkədə "Taliban" sistemi qurmağa çalışdığını bildiriblər.

"Yoxsulluq, korrupsiya, ədalətsizlik - ölüm olsun bu tiraniyaya", "Təbrizdən Kürdüstana qədər, səbr kasamız dolub", "qadın cinayətləri siyasidir" və başqa şüarlar səsləndirən aksiya iştirakçıları Tehran hökumətini zorakılığa son qoymağa çağırıblar.

Xatırladaq ki, bir neçə gün öncə İranın “Əxlaq” polisi tərəfindən Məhsa Əmini adlı 22 yaşlı günahsız gənc qızın hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilməsinə qarşı bütün ölkə ərazisində əhali etiraz yürüşləri keçirir. Polis etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə edir. Hazırda bu səbəbdən ölkənin bir neçə şəhərində etirazlar davam edir. 

# 3153
avatar

Fidan İlqar

Oxşar yazılar