Lent.az-ın mətbəxində quzu kababı var!
14 iyun 2022 15:34 (UTC +04:00)

Lent.az-ın mətbəxində quzu kababı var!

Quzu ətindən pambıq kimi tikə kabab Lent.az-ın MƏTBƏXİNDƏ

Bu gün Lent.az sərin yay axşamlarında yeyəcəyiniz ləzzətli quzu kababının reseptini və hazırlanma qaydasını sizə təqdim edir.
Qeyd edək ki, kababı "Chef Baku" restoranının aşpaz Rövşən usta hazırlayıb.

Lazım olacaq ərzaqlar: 

800 qr quzu əti;
1 stəkan qatıq;
200 qr bitki yağı;
Zövqə uyğun duz, istiot.

Yanında badımcan salatı üçün isə badımcan, pomidor, acı istiot lazımdır.

Keçək hazırlanma qaydasına. Əvvəlcə inqridientləri ətin üzərinə töküb qarışdırırıq. Ət öz canına çəksin deyə, bir az soyuducuda gözlətməliyik. 20-25 dəqiqə keçdikdən sonra əti şişə düzürük. Şişləri sobaya və ya manqala yerləşdiririk, bişməsi üçün 8-10 dəqiqə gözləyirik. Digər bir şişə düzdüyümüz badımcan, pomidor, acı istiotları kababın yanına düzürük. 

Kabab bişdikdən sonra plovun üzərbadımcan salatı və zövqə görə məzələrlə birlikdə süfrəyə təqdim edə bilərsiniz. 

Nuş olsun!


 

Quzu kababının hazırlanma qaydası - Videonun müəllifi Nigar Namiq

# 4152
avatar

Nigar Namiq

Oxşar yazılar