Qardaşı Rəmişin evindən pay istəyir - YENİ QALMAQAL  - VİDEO
25 noyabr 2021 12:31 (UTC +04:00)

Qardaşı Rəmişin evindən pay istəyir - YENİ QALMAQAL - VİDEO

Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) qardaşı Vaqif Hüseynov onun xanımı Gülüdən şikayət edib.

Lent.az-ın məlumatına görə, "Elgizlə izlə" proqramına açıqlama verən V.Hüseynov gitara ifaçısının qızlarının vəziyyətinin pis olduğunu, Gülünün onlara Rəmişin mirasından pay verməli olduğunu deyib.

Gülü də onun sözlərini cavabsız qoymayıb. Bildirib ki, Rəmişdən bircə ev qalıb, o isə Gülüyə hədiyyə olunub: "Nə pay vermliyəm ki, onlara? Ev mənə hədiyyədir, adını çəkə bilməzlər, mənim vaxtımda alınıb. Rəmiş vaxtında onlara ev alıb vermişdi. O vaxt onların anası ilə yaşayanda 2 otaqlı ev verib. Maşın Rəmişin adınandır, ev isə mənim. Maşın vərəsələr arasında bölünə bilər".

Gülü əlavə edib ki, Rəmiş sağ olanda qızlarına maddi yardım edib: “Biz Moskvada yaşayan vaxtı hər ay qızların anasına 300 dollar pul göndərirdim. Bir gün Rəmiş dedi ki, niyə ona pul göndərirsən? Dedim, Rəmiş, vaxtı ilə o sənin çörəyini yeyib, indi isə mən. Balalarını saxlayır. Qoy bir parça çörək onlara da göndərim, dedi göndər.

Moskvadan o qızlara nələr göndərməmişəm. Onlara nə qızıllar, nə qolbaqlar, nə komplektlər verməmişəm. Amma bu gün mənim bircə dənə qızıl sırğam, üzüyüm yoxdur. Hər şey etmişəm. Rəmişimin ruhuna and olsun".

# 5859
avatar

Yalçın UĞUR

Oxşar yazılar