Qaradağda ölümlə nəticələnən dəhşətli yanğından YENİ GÖRÜNTÜLƏR
03 yanvar 2023 14:43 (UTC +04:00)

Qaradağda ölümlə nəticələnən dəhşətli yanğından YENİ GÖRÜNTÜLƏR

Məlumat verildiyi kimi, bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində avtoqəza nəticəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanğın həcmi 20 ton olan “Mercedes” markalı yanacaqdaşıyan yük avtomobili, kəsmə daşla dolu “KAMAZ” markalı yük avtomobili və “Opel” markalı minik avtomobilinin zəncirvari toqquşması nəticəsində baş verib. Nəticədə yanacaqdaşıyan və minik avtomobillərinin yanar hissələri, yanacaqdaşıyan avtomobildəki çənin içərisində olan və ətrafa dağılan yanacaq yanıb. Mercedes” markalı yük avtomobilinin sürücüsü həlak olub.

“Kamaz” markalı yük avtomobili və yolətrafı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

# 3054
avatar

Oxşar yazılar