Nəfis və doyumlu ev pizzası Lent.az-ın MƏTBƏXİNDƏ
13 iyul 2022 18:38 (UTC +04:00)

Nəfis və doyumlu ev pizzası Lent.az-ın MƏTBƏXİNDƏ

Nəfis və doyumlu ev pizzası Lent.az-ın MƏTBƏXİNDƏ - VİDEO

Bu gün Lent.az asan hazırlanan, İtaliya mətbəxinin incisi hesab olunan qarışıq pizza reseptini sizə təqdim edir.

Qeyd edək ki, kababı "Chef Baku by Künefe" restoranının aşpazı Şöhrət usta hazırlayıb. 

Lazım olan ərzaqlar: 

5 stəkan un;

1 çay qaşığı yaş və ya quru maya;

1 yemək qaşığı şəkər toz;

1 yemək qaşığı zeytun yağı;

2 stəkan ilıq su;

yarım çay  qaşığı duz.

Pizzanın üstü üçün:

200 qram holland pendiri;

5-6 ədəd göbələk;

3-4 ədəd sosis;

2 ədəd pomidor;

1 ədəd şirin bibər;

150 qram zeytun;

200 qram kolbasa;

1 ədəd toyuğun döş əti.

Sos üçün 3 xörək qaşığı tomat pastası və 1 xörək qaşığı zeytun yağı lazım olacaq. 

Keçək pizza xəmirinin hazırlanma qaydasına. Unu bir qaba tökün. Ortasına maya, şəkər tozu, duz, zeytun yağını əlavə edib ilıq suyu yavaş-yavaş tökərək yoğurmağa başlayın. Xəmiri ələ yapışmayacaq şəkildə saxlayın. Mayalanmaq üçün üzərinə dəsmal örtüb qırağa qoyun. 30 dəqiqə gözləyin, daha sonra kündə şəklində kəsin. 

Daha sonra kündəni bişirəcəyiniz qab böyüklükdə yayın. Qabın içinə açdığınız xəmiri yerləşdirin və üzərinə tomat və zeytun yağı qarışığını yayın. Rəndələnmiş holland pendirini üstünə səpin və əlinizlə bir az basın. Sonra isə doğranmış göbələkləri, toyuq döşünü, bibəri, pomidoru, sosis və kolbasanı, zeytunu qoyun. 180 dərəcədə bişmək üçün sobaya ötürün. 

15-20 dəqiqə bişdikdən sonra pizzanın qıraqlarına ərinmiş yağ sürtün. Dadı və qoxusu əla olsun deyə üyüdülmüş kekik səpin. 8 parçaya ayırandan sonra servis edin. 

Nuş olsun!

Nəfis və doyumlu ev pizzasının hazırlanma qaydası

# 3060
avatar

Nigar Namiq

Oxşar yazılar