Müğənni Emil Rəhmanov
18 fevral 2021 14:12 (UTC +04:00)

Müğənni Emil Rəhmanov

Müğənnimiz xəyanət etdi, xanımının hamilə olduğunu dedi - VİDEO

İkinci dəfə ailə quran müğənni Emil Rəhmanov növbəti dəfə ata olmağa hazırlaşır.

İfaçı bu barədə Lent.az-ın canlı yayımında açıqlama verib: “Ətrafımda düzgün dost-tanış olmadı ki, məni düz yola çəksin. Amma ən böyük səhv mənim özümdədir. İndi həyat yoldaşım mənim sığındığım limandır. Valideynlərim Sabrina ilə evliliyimə icazə verməsəydilər də, ailə quracaqdım. İlk evliliyim olmamalı idi. Müəyyən səbəblərdən oldu.

İlk dəfə sizin verilişdə deyirəm. İnşallah, yolunu gözlədiyimiz var. Valideyn olmağa hazırlaşırıq. Xoş gəlir. Qismət olsa, layiqli ata olmaq istəyirəm. İmkan vermərəm ki, övladım mənim kimi olsun”.

Qeyd edək ki, E.Rəhmanovun ikinci xanımı Sabrina bildirmişdi ki, Emil ona xəyanət edib. Cütlük daha sonra barışıb.

Onu da əlavə edək ki, Emil ilk evliliyindən olan övladını illərdir görə bilmir.

# 27051
avatar

Yalçın UĞUR

Oxşar yazılar