Sergey Qorenko
16 sentyabr 2022 16:13 (UTC +04:00)

Sergey Qorenko

Luqanskın baş prokurorunu kabinetində partlatdılar - VİDEO

Qondarma Luqansk Respublikasının Baş Prokurorluğunun binasında partlayış baş verib.

Lent.az Ukrayna mediasına istinadən bildirir ki, qondarma partlayış nəticəsində baş prokuror və onun müavini həlak olub.

Qeyd olunur ki, həlak olan baş prokuror 40 yaşlı Sergey Qorenko 2017-ci ildən bu vəzifəni tuturdu. O, Luqansk vilayətinin Sverdlovsk rayon sakinidir.

2014-cü ilə qədər Qorenko Ukrayna Daxili İşlər Nazirliyi sistemində işləyib. Luqansk vilayəti Rusiyanın nəzarətinə keçdikdən sonra o, Qondarma Luqansk Respublikası baş prokurorunun birinci müavininin icraçısı, sonra isə baş prokuror olub.

Partlayışda onun müavini Yekaterina Steqlenkonun da həlak olduğu bildirilir.

Yekaterina Steqlenko

Luqanskın baş prokurorunu kabinetində partlatdılar

# 3576
avatar

Oxşar yazılar