Kəlbəcər və Laçında hərbi hissələrin döyüş hazırlığı yoxlanıldı -  VİDEO
19 yanvar 2023 18:49 (UTC +04:00)

Kəlbəcər və Laçında hərbi hissələrin döyüş hazırlığı yoxlanıldı - VİDEO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən bir neçə hərbi hissələrdə olub, bölmələrin döyüş hazırlığını yoxlayıb.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Qərargah rəisi əməliyyat şəraiti və döyüş növbətçiliyinin təşkili ilə bağlı məruzələri dinləyib, ehtimal olunan təxribatların qarşısının vaxtında və qətiyyətlə alınması üçün müvafiq tapşırıqlar verib.

General-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə təlim və məşqlərin intensivliyinin artırılması və bölmələrin idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi barədə göstərişlər verib.

Kəlbəcər və Laçında hərbi hissələrin döyüş hazırlığı yoxlanılıb

# 2478
avatar

Oxşar yazılar