Keçmiş həyat yoldaşı Özcan Dənizə şillə vurub , köynəyini cırdı – VİDEO
25 mart 2023 11:03 (UTC +04:00)

Keçmiş həyat yoldaşı Özcan Dənizə şillə vurub, köynəyini cırdı – VİDEO

Keçmiş həyat yoldaşı Feyza Aktan müğənni Özcan Dənizə şillə vurduğu iddiası ilə cərimələnib. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə qarşı tərəfə yüngül xəsarət yetirmə maddəsi ilə Aktana 7500 lirə( təxminən 670 manat) pul cəzası kəsib. 

Məlumata görə, müğənni oğlu Kuzeyin məktəbə getmədiyini öyrənərək keçmiş yoldaşı Feyzanın evinə gedib. Feyza isə Özcan Dənizi qapıda gördükdə əsəbiləşərək ona vurub və hətta köynəyini cırıb. 

Məsələ ilə bağlı açıqlama verən Aktan peşman olmadığını bildirib. 

“Uzun müddətdir ki, çətin proseslərdən keçirəm. Bu, heç vaxt güzəştə getməyəcəyim bir hadisənin nəticəsi idi. Baş verənlərə görə peşman deyiləm”,- deyə o bildirib. 

Qeyd edək ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik: 


 

# 4389
avatar

Oxşar yazılar