Müəllif Nigar Namiq və aşpaz Aytən
27 aprel 2022 15:39 (UTC +04:00)

Müəllif Nigar Namiq və aşpaz Aytən

İftar süfrəsinin sevimlisi: Künəfə Lent.az-ın MƏTBƏXİNDƏ

Bu dəfə Lent.az "Chef Baku by Kunefe" restoranının aşpazı Aytən xanımla sizi türk şirniyyatı aləminin doyumlu və yüksək kalorili – Künəfənin hazırlanma qaydasını təqdim edir.
Qeyd edək ki, bu şirniyyatı evdə də rahat şəkildə hazırlamaq mümkündür. 

Lazım olanlar:
200 qr kadayıf 
200 qr tel pendir
200 qr yaşıl fıstıq
100 qr kərə yağı

Şərbət üçün:
1 stəkan yarım şəkər tozu
1 stəkan yarım su 
3-4 damcı limon suyu

Zövqə uyğun bəzəyi üçün qaymaq, üyüdülmüş yaşıl fıstıq və ya qoz.

Keçək hazırlanma qaydasına. 
İlk olaraq şəkər tozu ilə suyu qazana tökərək qaynadın. Limon suyunu da əlavə edib ocaqdan götürün, soyumağa qoyun. 
Tava və ya künəfə qablarını yağlayın və kadayıfları boşluq qalmayacaq formada 1 sm qədər qalınlıqda üzərinə yayın, üstündən aşağı basın. Bu arada kadayıfları supermarket və şirniyyat dükanlarından əldə edə bilərsiniz.  
Pendirləri uzunsov doğrayıb bərabər şəkildə kadayıfın üzərinə tökün. Üzərini təkrar kadayıfla örtüb yenə üstündən aşağı basın. Qabları sobaya ötürün, üstü qızaranda tərsinə çevirin ki, alt tərəfi də bişsin. 
Burada hazırlanan biri fıstıqlı kadayıfdır, biri isə sadə künəfə. 
Künəfə isti, şərbəti ilıq ikən üzərində gəzdirin, bir-iki dəqiqə şərbətdə saxladıqdan sonra servis edin. Yeyərkən üstündə üyüdülmüş yaşıl fıstıqları və qaymaqla dadmağı unutmayın. 


Nuş olsun!
 

İftar süfrəsinin sevimlisi: Künəfə Lent.az-ın MƏTBƏXİNDƏ

# 5721
avatar

Nigar Namiq

Oxşar yazılar