Manikanth Kondaveeti
16 iyun 2022 16:47 (UTC +04:00)

Manikanth Kondaveeti

Hindistanlı turist belə axtarılır - DAĞDAN GÖRÜNTÜLƏR - YENİLƏNİB

Bir ay əvvəl Zaqatalada itkin düşən hindistanlı turistin axtarışları davam edir. Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən çətin relyefli, yüksək dağlıq-meşəlik ərazidə itkin düşmüş Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin axtarışları 15 kilometrlik məsafədə həyata keçirilir.

Bu barədə APA-nın şimal-qərb bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzinin əməkdaşı Səxavət Mehdiyev verib. S. Mehdiyevin sözlərinə görə, hazırda turistin axtarışları Honzoqor dağında, “Şamilovka” kimi adlanan yaylaqda və onun ətrafında aparılır. 

Axtarışlarda FHN-nin 40 nəfər əməkdaşı ilə birgə Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri və əraziyə yaxşı bələd olan yerli sakinlər iştirak edir. Ümumilikdə axtarışlarda 200 nəfər cəlb edilib. Hindistanlı turistin axtarışlarından bir ay keçməsinə baxmayaraq, bu günə kimi müsbət irəliləyiş yoxdur. İtkin düşən turistin izini tapmaq mümkün olmayıb.

Qeyd edək ki, Hindistan Respublikasının vətəndaşı, 29 yaşlı Manikanth Kondaveeti Böyük Qafqaz sıra dağlarının cənub ətəyini gəzmək üçün may ayının 11-i Zaqatala rayonuna gəlib. Kondaveeti mayın 12-i səhər saatlarında Zaqatala şəhərində qaldığı hoteldən dağlarda gəzmək üçün çıxıb. O, dağları gəzmək üçün rayonun Qəbizdərə kəndi ərazisindən hərəkətə başlayıb. Mayın 13-ü günün birinci yarısından Kondaveeti ilə əlaqə tam kəsilib. Mayın 17-dən hindistanlı turistin axtarışlarına başlanılıb.

 

***

saat 12:43

Mayın 13-də Zaqatala rayonu ərazisində itkin düşmüş Hindistan vətəndaşı, 29 yaşlı Manikanth Kondaveetinin axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə bir neçə istiqamətdə axtarış-xilasetmə tədbirləri nazirliyin Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri və yerli əhali tərəfindən keçirilir.

Axtarış tədbirləri

Axtarış tədbirləri

Axtarış tədbirləri

Axtarış tədbirləri

Hindistanlı turit belə axtarılır

# 9615
avatar

Mehman Nəbiyev

Oxşar yazılar