Hərbi geyimdə dilənən "qazi" BİABIR OLDU  - VİDEO
03 may 2022 10:37 (UTC +04:00)

Hərbi geyimdə dilənən "qazi" BİABIR OLDU - VİDEO

Paytaxtda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub. 

Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ü.Məmmədov barəsində araşdırmalar davam edir.

Qeyd edək ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 3 dəfə məhkum olunub.

# 4545
avatar

Fidan İlqar

Oxşar yazılar