Dünyanın  ən güclü avtomobili idi   zibilxanadan tapıldı - VİDEO
30 may 2023 17:53 (UTC +04:00)

Dünyanın ən güclü avtomobili idi zibilxanadan tapıldı - VİDEO

Amerikada 70-ci illərdən qalmış nadir avtomobillərdən biri tapılıb. 

Lent.az xəbər verir ki, bir vaxtlar bu avtomobil dünyanın ən güclü maşını olub. 

Məlumata görə, 1970-ci illərin nadir “Chevrolet Chevelle” modeli ABŞ-ın Yuta ştatında zibilxanadan tapılıb və hazırda qiyməti 150 min dollara çatıb. 

Ümumilikdə, bu idman modelli avtomobildən 4-5 ədəd istehsal edilib. Avtomobil son onilliklər ərzində yola çıxmayıb və açıq yerdə qaldığı üçün paslanıb. Onun boyası solmuş, daxili bəzəkləri zədələndiyi üçün dəyişdirilməlidir. 

Bu modelin bərpası uzun vaxt tələb edir. Ancaq proses buna dəyər olacaq. Çünki bu “Chevrolet Chevelle SS LS6”nın çox nadir və güclü versiyasıdır. Bununla belə, avtomobilin mühərriki yerli deyil, dəyişdirilib. Ona görə də yenilənmədən sonra avtomobil bərpa edilmiş digər belə modellərlə müqayisədə bir qədər ucuz olacaq.

 


 

# 3282
avatar

Sevinc Fərid

Oxşar yazılar