Gəlin-baldız-qayınana davası
23 iyun 2022 17:35 (UTC +04:00)

Gəlin-baldız-qayınana davası

Dənizin ortasında “saçyoldu”: Gəlin-baldız-qayınana davası -VİDEO

Sosial şəbəkələrdə İtaliyan bir ailənin əlbəyaxa davası həm xeyli müzakirələrə səbəb olub, həm də gülüş obyektinə çevrilib. 

Lent.az xəbər verir ki, dənizin ortasında səbəbi bilinmədən başlayan davada bacı qardaşına sillə vurur. Daha sonra buna qəzəblənən gəlin ərinin bacısına hücum edir. 

Bundan sonra qayınananın qızını müdafiə etmək üçün davaya girməsi ilə daha da qızışır. Belə ki, nədənsə qayınana öz baldızına hücum çəkir. 

Beləliklə, gəlin-baldız davası qayınana-baldız davasına çevrilir və bütün bunlar baş verərkən dənizdə unudulan azyaşlı uşaq bir kənarda onları izləyir.

Həmin qızğın davanın görüntülərini sizə təqdim edirik: 
 

Gəlin-baldız-qayınana davası

# 5922
avatar

Nigar Namiq

Oxşar yazılar