Dağıntılar altında qalan 5 yaşlı Yağmur HƏR KƏSİ AĞLATDI
08 fevral 2023 15:12 (UTC +04:00)

Dağıntılar altında qalan 5 yaşlı Yağmur HƏR KƏSİ AĞLATDI

Türkiyədə böyük fəlakətə səbəb olan zəlzələ bölgəsində dağıntılar altında qalan 5 yaşlı Yağmurun atasına və xilasetmə qruplarına dediyi sözlər hər kəsi ağladıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Yağmur "çox üşümüşəm ata" deyərək insanların ürəyini parçalayıb.

“Çox üşümüşəm, əllərim ağarıb. Nənəmin yanına getmək istəyirəm, ata” deyən 5 yaşlı Yağmurun atası onun yanında olduğunu və dəstəyini göstərib. 

Atası Yağmura çuxur açdıqlarını, ora çatmalarına çox az qaldığını deyib. "Yağmur, oturduğun yer ordadır. Deşdilər. Küləyi kəsdim ki, sənə soyuq gəlməsin”, - deyərək atası ağlayıb. 

Sonra azyaşlı xilas edilərək atasına qovuşub.

Yağmurun səhhətinin yaxşı olduğu öyrənilib.

Ürəkdağlayan həmin görüntüləri təqdim edirik:

# 3513
avatar

Fidan İlqar

Oxşar yazılar