Bulvarda özünü dənizə atan kişi belə xilas edildi - VİDEO
10 mart 2023 14:20 (UTC +04:00)

Bulvarda özünü dənizə atan kişi belə xilas edildi - VİDEO

Bakıda kişi özünü dənizə atıb.

Lent.az-ın məlumatıan görə, hadisə bulvar ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Nazirlikdən Lent.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş dalğıclar tərəfindən xilas edilib.

# 3834
avatar

Oxşar yazılar