BDU-da YANĞIN TƏHLÜKƏSİ:  FHN çağırıldı - VİDEO
02 may 2023 13:09 (UTC +04:00)

BDU-da YANĞIN TƏHLÜKƏSİ: FHN çağırıldı - VİDEO

Bakı Dövlət Universitetində (BDU) yanğın olması ilə bağlı sosial şəbəkələrdə xəbər yayılıb. 

Məlumata görə, universitetdə baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib. 

BDU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Quliyeva Lent.az-a açıqlamasında bildirib ki, universitetdə yanğın olmayıb:

"Sadəcə elektrik naqilində tüstülənmə olub və yanğın olma təhlükəsi nəzərə alınaraq əraziyə FHN çağırılıb".

# 2646
avatar

Fidan İlqar

Oxşar yazılar