Baxmutda “vaqnerçilər” belə məhv edildi -  VİDEO
13 mart 2023 11:56 (UTC +04:00)

Baxmutda “vaqnerçilər” belə məhv edildi - VİDEO

Baxmut sənaye zonasında Ukrayna sərhədçiləri hücuma keçərək "qaqnerçilər" qrupunu məhv ediblər. 

Lent.az xarici mediaya istinadla bildirir ki, müvafiq videoçarxı Ukraynanın  Dövlət Sərhəd Xidməti yayıb.

"Ukraynalı müdafiəçilər işğalçıların bir neçə hücumuna tab gətirdilər. Hücumu davam etdirmək üçün rus muzdluları emalatxanalardan birinə yerləşdilər və güc topladılar. İşğalçıların hücrəsini məhv etmək üçün sərhədçilər əks hücuma keçdilər. ", - Dövlət Sərhəd Xidmətinin məlumatında vurğulanır.

Qeyd olunur ki, sərhədçilərdən ibarət yerüstü kəşfiyyat qrupu rus muzdlularının keçidini pozmağa başlayıb. Ukraynalı müdafiəçilər “vaqnerçilər” qrupunu mübarizədən kənarlaşdırıblar.

"Düşmən ehtiyat qüvvəsini məğlub etmək üçün sərhədçilər pusqu qurublar. Qaranlığın başlaması ilə cəbhə xəttinə yenicə yaxınlaşan hücuma hazırlaşanları sürpriz gözləyirdi, keşikçi snayperləri altı işğalçını zərərsizləşdirib ", - Dövlət Sərhəd Xidmətinin məlumatına qeyd edilib. 

# 3975
avatar

Oxşar yazılar