Bakıda qəbiristanlıqdan 16 kilo narkotik tapıldı -  VİDEO
20 iyun 2022 15:36 (UTC +04:00)

Bakıda qəbiristanlıqdan 16 kilo narkotik tapıldı - VİDEO

Xətai rayon Polis İdarəsi əməkdaşlarının iyunun 19-da keçirdiyi əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum edilmiş Mövsüm Aslanov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onun üzərindən və satış məqsədi ilə əldə edərək Xətai rayonu ərazisində yerləşən qəbiristanlıqlardan birində torpağın altında gizlətdiyi yerdən ümumi çəkisi 16 kiloqram olan marixuana aşkar olunub.

Qeyd edilən faktla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Mövsüm Aslanov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Bakıda qəbiristanlıqdan 16 kilo narkotik tapıldı

# 3063
avatar

Mehman Nəbiyev

Oxşar yazılar