Bakıda məktəbli qız oğurlanıb? -  İddiaya CAVAB  - VİDEO
18 yanvar 2023 11:28 (UTC +04:00)

Bakıda məktəbli qız oğurlanıb? - İddiaya CAVAB - VİDEO

Bakıda məktəbli qızın oğurlanması barədə sosial şəbəkədə iddialar yayılıb.

Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu "Çermet" adlanan ərazidə, Əliyar Əliyev küçəsində qeydə alınıb. İddiaya əsasən, bir kişi 5-ci sinifdə oxuyan qızı qaçırmaq istəyib. Məlumatda bildirilir ki, bu həmin şəxsin ikinci cəhdidir. Bundan əvvəl 8-ci sinifdə oxuyan başqa bir qıza qarşı da eyni hərəkətləri edib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

# 4764
avatar

Mehman Nəbiyev

Oxşar yazılar