Bakıda dayanacaqda DƏHŞƏT:  qadını öldürmək istədilər - HADİSƏ ANI
11 yanvar 2023 14:53 (UTC +04:00)

Bakıda dayanacaqda DƏHŞƏT: qadını öldürmək istədilər - HADİSƏ ANI

Bakıda qadına xəsarət yetirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, yanvarın 11-də səhər saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən dayanacaqda naməlum şəxs 47 yaşlı bir qadına bıçaqla xəsarət yetirməyə cəhd edib. Bu zaman hadisə yerinin yaxınlığında olan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Fazil Məmmədov təhlükəsizlik tədbirlərinə əməl etməklə cinayət hadisəsinin qarşısını almağa nail olub. Həmin şəxsdən cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb. Polis əməkdaşı tərəfindən o, barəsində tədbir görülməsi üçün ərazi üzrə bolis bölməsinə təhvil verilib və naməlum şəxsin axtarışda olan 30 yaşlı Şamil Şükürov olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***
Saat: 14:42

Bakıda adam ödlürməyə cəhd hadisəsi olub.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Məlumata görə, Nizami rayon Mühafizə İdarəsinin əməkdaşı avtobus dayanacağında qadına qarşı qətl hadisəsinin qarşısını alıb.

Əlavə məlumat veriləcək.

# 5499
avatar

Oxşar yazılar