Bakıda cinsi azlıqlar polisə hücum etdi - VİDEO
23 may 2023 11:37 (UTC +04:00)

Bakıda cinsi azlıqlar polisə hücum etdi - VİDEO

Gecə saatlarında Bakının Nizami rayonu Qara Qarayev prospektində yerləşən restoranlardan birinin qarşısında insident olub.

Lent.az xəbər verir ki, cinsi azlıq nümayəndələri (transseksuallar) restorana buraxılmadıqlarına görə orada səs-küy salaraq ictimai asayişi pozublar. Onların ərazidə xidmət aparan polis əməkdaşına da zərbə endirdiyi bildirilir.

Məlumata görə, xuliqanlıq əməli törətmiş cinsi azlıq nümayəndələri Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.

İnsidentin görüntülərini təqdim edirik:

# 3456
avatar

Oxşar yazılar